Bakı. AzerVoice:
Nasser xəstəxanasındakı qəzzalıların uzaqlaşmasını tələb edirik.
AzerVoice-nin məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Danial Hagari deyib.
“Biz bütün Qəzzalıları Xan Yunisdəki Nasser Xəstəxanasından uzaqlaşmağa çağırırıq. Biz xəstəxanada olan xəstələrin təxliyə olunmasını istəyirik.” - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.
Hafiz Rufizoğlu