Bakı,AzerVoice
Hizbullah Qəzza müharibəsi dayanmadan hücumlarını dayandırmayacaq,AzerVoice xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib. O qeyd edib ki, təskilata olan “təhdid” və eyni zamanda “siyasi qazanc” məqsədli tətəkliflər olasına baxmayaraq, Qəzzada müharibə dayandırılmadığı təqdirdə Hizbullahı İsrailə hücumlarını dayandırmaq niyyətində deyil.
Nəsrullah hesab edir ki, Livan cəbhəsində gördükləri işlər milli məsuliyyətdir.
“Son aylarda Livana gələn bütün nümayəndə heyətlərinin bir məqsədi var idi, o da İsrailin təhlükəsizliyi və müdafiəsi, sionist postlarına qarşı atəşin dayandırılmasıdır. Livana gələn nümayəndə heyətləri bizi qorxutmağa çalışırlar və bunun heç bir faydası olmadı.”-deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
İsrailin Qəzzaya hücumu nəticəsində 30 minə yaxın dinc sakin qətlə yetirilib.