Bakı. AzerVoice:
Fransa Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu Xarici İşlər Nazirliyinə çağırıb.
AzerVoice-nin məlumatına görə, bu barədə Fransa XİN bildirib.
Səfirin nazirliyə çağırılma səbəbi kimi Ukraynada “qeyri-hökumət təşkilatlarında çalışan iki Fransa vətəndaşının ölümü” qeyd edilib.
Məlumat üçün qeyd edək ki, Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin iki Fransa vətəndaşının, humanitar yardım işçisinin Rusiyanın hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.
Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Stefan Sejourne sosial media platforması X hesablarından verdiyi açıqlamada hücumu pisləyiblər.
Hafiz Rufizoğlu