2026 - cı ilin aprel ayında Türkiyənin Kocaeli limanı 825 min 615 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 72 min 110 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 650 min 203 ton yük daşınıb.
Xəbər lenti
2026 - cı ilin aprel ayında Türkiyənin İskenderun limanı 297 min 422 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 22 min 616 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 257 min 587 ton yük daşınıb.
Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib
Xəbər verdiyimiz kimi, Bakıda Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirilir.
Sevil Mikayılova WUF13 tədbiri ilə bağlı açıqlama verib
Müdafiə Nazirliyi icmal videoçarxı yayımlayıb
Filmoskop rubrikasında bu dəfə kino tarixinin ən sarsıdıcı, izlədikdən sonra uzun müddət təsirindən çıxa bilməyəcəyiniz bir dramı — rejissor Darren Aronofskinin "Requiem for a Dream" (Bir yuxu üçün rekviyem) filmini təhlil edirik. Hubert Selbinin eyniadlı romanı əsasında çəkilmiş bu ekran işi, asılılığın müxtəlif üzlərini və insan ruhunun ən qaranlıq künclərini vizual bir kabus kimi təqdim edir.
Türkiyənin İstanbul şəhərində, “Alətsiz məktəb qalmasın” layihəsi çərçivəsində elm və incəsənət mərkəzləri üçün ümumilikdə 254 növ məhsul alınacaq. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, müqavilə imzalandıqdan sonra məhsulların 60 təqvim günü ərzində tam şəkildə təhvil verilməsi planlaşdırılır.
Slovakiya Respublikası Baş nazirinin müavini WUF13 iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Məlumat toplama sistemi yaratmaq İslam dövlətinin tarixində təbii bir zərurət idi
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: "Hörmətli Oljas Süleymenov! Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram. Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir. Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir. Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.
Qədim Misir mifologiyasında Set (Seth) hiyləgər, qarışıqlıq və nizamsızlıq tanrısı kimi tanınır. O, əsasən antaqonist (mənfi) rol oynasa da, Misir səmasında mühüm mövqeyə malik idi. Set sonda qardaşı Osiris ilə müttəfiq olaraq, hər gecə Günəş qayığında (solar barque) Ranı xaotik Apofis canavarından qoruyan bir qəhrəman kimi çıxış edirdi.
Serbiya Respublikasının Prezidenti WUF13 iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək.
ABŞ tarixində bir çox prezident sui-qəsdə məruz qalsa da, Abraham Linkoln və Con Kennedinin ölümləri çox vaxt ölkənin pul siyasəti və beynəlxalq maliyyə maqnatları ilə apardıqları mübarizə ilə əlaqələndirilir. Hər iki lider dolların çapı və dövriyyəsi üzərindəki xüsusi nəzarəti qırmağa cəhd etmişdi.
16 May, 2026-cı il tarixində Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi və Türk mədəniyyəti və irsinin səfiri, dünya şöhrətli “TURAN” etno-folklor ansamblı tərəfindən möhtəşəm mühazirə-konsert keçirilib. Konsert Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur.
UFC-nin (Ultimate Fighting Championship) himayəsi altında çıxış etmiş, yüngül çəkidə keçmiş mütləq dünya çempionu Həbib Nurməhəmmədov 20 sentyabr 1988-ci ildə Dağıstanda doğulub. Milliyətcə avardır. Sherdog reytinqi onu həm öz çəki dərəcəsində, həm də çəkisindən asılı olmayaraq (P4P) dünyanın ən yaxşı döyüşçüsü kimi birinci yerə layiq görüb.
Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakya işgüzar səfər edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu qəbul edib.
Türkiyə Statistika Qurumu tərəfindən açıqlanan “Ailə və ev təsərrüfatı statistikaları (2025)” ölkənin demoqrafik və sosial strukturunda baş verən dərin dəyişiklikləri ortaya qoyur. Məlumatlar 2008–2025 dövrünü, regional fərqləri və ailə tiplərindəki struktur transformasiyanı əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.Dövlətimizin başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb. Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qara Ölüm 1347-1352-ci illərdə Avropada 25-30 milyon insanın ölümünə səbəb olan taun pandemiyası olub, sosial-siyasi dəyişikliklərə və feodalizmin zəifləməsinə səbəb olub.
İslam dini yalnız gündə beş dəfə namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəkat vermək və həccə getmək kimi beş təməl şərtlə məhdudlaşmır. İslamın mahiyyəti daha dərindir; burada həyat "dini" və "dünyəvi" deyə iki qütbə ayrılmır. Ruhani və sekulyar anlayışların kəskin sərhədləri yoxdur — müsəlmanın həyatı bir vəhdət halındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.