İslam və Tarix

Qurani-Kərim, İslam peyğəmbəri Məhəmməd Peyğəmbərə (s.ə.s.) və bütövlükdə müsəlman ümmətinə göndərilən ən böyük ilahi möcüzədir. Bu müqəddəs kitab təkcə bərəkət və şəfa qaynağı deyil, həm də insanların hidayətə, imana, ədalətə və gözəl əxlaqa yönəldilməsi üçün nazil edilmişdir. Qurani-Kərimlə bağlı müsəlmanların əsas vəzifəsi onu oxumaq, düşünmək və gündəlik həyatlarında tətbiq etməkdir. Eyni zamanda, bu kitabın təmiz və uca bir yerdə saxlanılması, ona qüsulsuz və dəstəmazlı halda toxunulması müsəlmana düşən ədəblərdəndir.

Türklər kökləri qədimlərə dayanan, fərqli zamanlarda çoxsaylı dövlətlər quran böyük bir xalqdır. Müasir İraq ərazisində yaşamış Şumer tayfalarının tarixini araşdıran tədqiqatçılar nəhayət Şumer tayfalarının türkmənşəli olduğunu etiraf etmişdilər. Zikkuratlar,müxtəlif mədəniyyət abidələri, şəhər dövlətlər daş kitabələr, Gilqameş dastanı kimi mədəniyyət nümunələri türklərin necə bir mədəniyyətə malik olduqlarını göstərir. Şəhər mədəniyyəti kimi oturaq həyat tərzi ilə yanaşı Bozqır deyə adlandırılan Mərkəzi Asiyadaki köçəri həyat tərzi də türk tarixinin bir parçasıdır.

Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Bərdə şəhəri orta əsrlərdə İslam dünyasına onlarla görkəmli alim bəxş etmişdir. Bu ustad elmi xadimlərdən biri də tam adı Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi olan böyük hədis hafizidir.

İmam Qəzali Böyük Səlcuq dövlətində Tuğrul bəy, Alparslan, Məlikşah, Berkyaruk, Məhəmməd Tapar ilə birlikdə sonuncu hökmdar Əhməd Səncərin Xorasan hakimi olduğu dövrləri görmüşdü. İlahiyyat və əxlaq alimi Qəzaliyə qarşı olan bəzi şəxslər ona böhtan ataraq ləkələməyə çalışırdılar. Sultan Səncər məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirsə də, İslam alimi bəhanələr gətirərək onun hüzuruna getməmiş və bunun səbəblərini izah edən tarixi bir məktub göndərmişdir.

Orta əsrlər Şərq elmi və ədəbi mühitinin formalaşmasında Azərbaycan mənşəli alimlərin müstəsna xidmətləri olmuşdur. Yaşadığı dövrün tanınmış ədiblərindən və görkəmli dilçilərindən biri də tam adı İzzəddin Əbu Muhəmməd Əbdülvəhhab ibn İbrahim ibn Muhəmməd əl-Xəraci Zəncani olan böyük elmi xadimdir. Zəncanda dünyaya göz açan alim, sonradan elmi mühitin daha qaynar olduğu Təbriz şəhərinə köçərək orada məskunlaşmışdır.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəxsiyyəti, siyasi fəaliyyəti və həyata keçirdiyi inqilablarla yanaşı, onun din, İslam sivilizasiyası və ilahiyyat məsələlərinə baxışı da tarix boyu ən çox müzakirə edilən mövzulardan biri olmuşdur. Cümhuriyyətin ilk illərində mütləq hakimiyyəti tam ələ keçirənə qədər din xadimləri ilə yaxın əlaqədə olan və parlamenti dualarla açan dövlət rəhbərinin sonrakı dövrlərdə səsləndirdiyi bəyanatlar tamamilə fərqli bir mənzərəni ortaya qoyur. Onun şəxsən qələmə aldığı əlyazmalarında, rəsmi çıxışlarında və o dövrdə dövlət tərəfindən nəşr edilən dərsliklərdə yer alan fikirlər dünyəvilik (laiklik) siyasətinin sadəcə bir idarəçilik forması olmadığını, daha dərin bir fəlsəfi kökə söykəndiyini nümayiş etdirir.

IX əsrdə yaşamış Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman əl-Bərdəi, İslam elminin inkişaf etdiyi dövrdə Azərbaycanın Bərdə şəhərindən çıxaraq İslam dünyasının mərkəzi hesab olunan Məkkəyə yollanmış görkəmli hədis ravilərindən biridir. Onun həyatı və fəaliyyəti Azərbaycanın orta əsrlər elm tarixində tutduğu mühüm yeri bir daha sübut edir.

İslamın nuru Mədinədə yayılmağa başladıqca, Peyğəmbərimiz (s.ə.s) nazil olan ayələri insanlara çatdırır və xüsusilə "Əhli-Kitabı" (yəhudi və xristianları) bu uca dinə dəvət edirdi. Qurani-Kərimdə Allaha səmimiyyətlə bağlanan və Onun ayələrini dünya mənfəətinə satmayan kitab əhli müjdələnirdi. Bu müjdəyə nail olanların başında isə yəhudi alimi Abdullah bin Səlam gəlirdi.