Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    Ərəb qrammatikasının Azərbaycanlı ustadı: “Təzkirətül-Məcdiyyə” müəllifinin həyatı

    28 İyun 2026 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərəb qrammatikasının Azərbaycanlı ustadı: “Təzkirətül-Məcdiyyə” müəllifinin həyatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Orta əsrlər Şərq elmi və ədəbi mühitinin formalaşmasında Azərbaycan mənşəli alimlərin müstəsna xidmətləri olmuşdur. Yaşadığı dövrün tanınmış ədiblərindən və görkəmli dilçilərindən biri də tam adı İzzəddin Əbu Muhəmməd Əbdülvəhhab ibn İbrahim ibn Muhəmməd əl-Xəraci Zəncani olan böyük elmi xadimdir. Zəncanda dünyaya göz açan alim, sonradan elmi mühitin daha qaynar olduğu Təbriz şəhərinə köçərək orada məskunlaşmışdır.

    Mosul illəri və Şeyx İbn Xubbazın şəxsi katibliyi

    İzzəddin Əbdülvəhhab Zəncani elmi fəaliyyətinin ilkin və tələbəlik illərində (ehtimal olunduğu kimi) bir müddət Mosul şəhərində yaşamışdır. Mosulda olduğu dövrdə o, dövrün böyük elm xadimi Şeyx Şəmsəddin ibn Xubbazın şəxsi katibi vəzifəsini icra etmişdir. Zəncani burada şeyxin diktə etdiyi fundamental elmi və ədəbi əsərləri bir-bir qələmə alaraq böyük təcrübə qazanmış və öz elmi potensialını inkişaf etdirmişdir.

    Yaradıcılığı və məşhur “Təzkirətü’l-Məcdiyyə” əsəri

    Filologiya və ritorika sahəsində dərin biliklərə malik olan İzzəddin Əbdülvəhhab Zəncani ümumi dilçilik, ərəb dilinin qrammatikası (sərf-nəhv), xitabət (ritorika) və qafiyə (stilistika) elmlərinə dair bir sıra mühüm fundamental əsərlərin müəllifidir. Alimin bu sahədə qələmə aldığı və dövrümüzə qədər gəlib çatan ən qiymətli əsərlərindən biri məhz “Təzkirətü’l-Məcdiyyə” adlanır. Bu əsər orta əsrlər Şərq qrammatika məktəbinin dəyərli nümunələrindəndir.

    Xorasandan Mavəraünnəhrə uzanan elmi səyahətlər

    Görkəmli alim elmi biliklərini artırmaq və Şərqin digər böyük mədəniyyət mərkəzləri ilə tanış olmaq məqsədilə geniş səyahətlərə çıxmışdır. O, əvvəlcə Xorasan vilayətinə, daha sonra isə İslam elminin ocaqlarından sayılan Mavəraünnəhr bölgəsinə səfər etmişdir. Bir müddət Buxara şəhərində yaşayıb yerli alimlərlə elmi mübadilələr apardıqdan sonra yenidən doğma Təbrizə qayıtmış və ömrünün sonuna qədər burada fəaliyyət göstərmişdir.

    Böyük ədib və dilçi alim İzzəddin Əbdülvəhhab Zəncani hicri təqvimi ilə 660-cı (miladi 1262) ildə Təbrizdə vəfat etmişdir. Qeyd edək ki, onun elmi irsini oğlu, tanınmış alim İmadəddin Əbü’l-Məkarim Muhəmməd Təbrizi uğurla davam etdirmişdir.

    Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

    #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR #Mosul #Elnur Nəsirov #Ərəb qrammatikası #Şeyx İbn Xubbaz #Təzkirətül-Məcdiyyə #İzzəddin Əbdülvəhhab Zəncani #Ərəb dili qrammatikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    19 İyul 2026 13:00

    X əsr Bərdə alimləri: Fəqih və şair Əbül-Qasım Bərdəi

    14 İyun 2026 14:00

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    İman uğrunda sərvətindən keçən səhabə - Süheyb Rumi

    25 Aprel 2026 09:56

    Hülagülər dövrünün azərbaycanlı alimi: Mahmud əl-Arraninin iris haqqında nə bilirik?

    22 Mart 2026 12:35

    Əbül-Həsən Əli ibn Mərdək ibn Əbdüləziz Bərdəi: Tanınmış azərbaycanlı mühəddis və tacir

    8 Mart 2026 16:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    Əbu Bəkr Məhəmməd ibn Yəhya ibn Hilal Bərdəi -alim, ədib və mühəddis

    14 Dekabr 2025 19:23

    Mahmud əl-Arrani: XIII–XIV əsrlərin unudulan dilçi alimlərindən biri

    23 Noyabr 2025 15:30

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    Tunisdə vəfat edən azərbaycanlı alim Muhəmməd Bərdəi

    18 Oktyabr 2025 17:42
    XƏBƏR LENTİ

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.