İslam və Tarix

Son üç ay ərzində ikinci dəfə olaraq İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi Qüdsdəki “Davud şəhəri” məhəlləsindən Əl-Əqsa məscidinin yanındakı Burak divarına (Qərb divarı ) qədər uzanan tunelin açılışını etdi. Lakin bu dəfə açılış ABŞ-ın dövlət katibi Marko Rubionun iştirakı ilə baş tutdu. Rubio bu addımı “xüsusi tarixi hadisə” adlandırdı.

Türk dastanları xalqın tarixini, qəhrəmanlıq hekayələrini, təbiətlə mübarizəsini və milli dəyərlərini əks etdirən ən önəmli mədəni miraslardan biridir. Bu dastanlar, türk xalqının mənəvi gücünü, qəhrəmanlıq və azadlıq sevgisini nəsildən-nəslə ötürmüş və mədəni irs halına gəlmişdir.

Sultan Razia (Raziyyat-Ud-Dunya Va Ud-Din, hökmdarlığı: 1236-1240) Hindistan yarımadasında hakimiyyət sürən nadir qadın hökmdarlardan biri və Dehlinin ilk və yeganə qadın sultanı idi. Patriarxal bir cəmiyyətdə nəhəng çətinliklərlə üzləşməsinə baxmayaraq, Razia özünü bacarıqlı və cəsur bir lider kimi təsdiqlədi. O, orta əsrlər Şimali Hindistanının ən mühüm islam krallıqlarından birində güclü hakimiyyət mövqeyinə sahib idi.

Məhəmməd Əli yalnız boks dünyasının deyil, həm də XX əsrin ən tanınmış simalarından biri olub. Onun adı güc, cəsarət və iradə ilə yanaşı, həm də sosial ədalət uğrunda mübarizə ilə assosiasiya olunur. Rinqdə “kəpənək kimi uçub, arı kimi sancan” Əli, həyatında göstərdiyi mövqelərlə milyonlarla insana ilham verib. Çoxlarının tanımadığı məqam isə onun idmandan kənar hekayələrinin də ən az döyüşləri qədər maraqlı və təsirli olmasıdır. Aşağıda təqdim olunan 10 fakt Məhəmməd Əlinin şəxsiyyətinə və irsinə daha dərindən nəzər salmağa imkan yaradır

Şərqşünaslar müsəlmanların sosial və iqtisadi həyatını öyrənməyə, onların adət-ənənələri ilə tanış olmağa böyük maraq göstəriblər. Onlardan bəziləri Məkkəyə gizli şəkildə, ərəb geyimində və ərəb dilində danışaraq daxil olublar. Bu şəxslər arasında ingilislər, hollandlar, ispanlar olduğu kimi, ilk dəfə Məkkəyə girən alman şərqşünas Con Vayld da vardı.

İslam inancına görə, cinlərin və şeytanın varlığı danılmaz həqiqətdir və bu mövzu Qurani-Kərimdə bir sıra ayələrlə açıq şəkildə bəyan olunmuşdur. Müxtəlif surələrdə onların insanlarla münasibətləri, iman gətirənləri doğru yoldan azdırma cəhdləri və eyni zamanda haqqı qəbul edən cinlərin mövcudluğu qeyd edilir.

Qurani-Kərimin Məkkə dövründə nazil olduğu qəbul edilən, lakin bəzilərinə görə Mədinə dövrünə aid sayılan Ədiyat surəsi, mövzu və üslubu baxımından açıq şəkildə Məkkə surələrinin xüsusiyyətlərini daşıyır. On bir ayədən ibarət olan surə, adını ilk ayədə keçən “ədiyat” sözündən alır.

İslam cəmiyyəti hamıya bərabər hüquqların tanınması idealına digər bütün mədəniyyətlərdən daha çox yaxınlaşmışdır. Həzrət Peyğəmbərin dövründən etibarən hər bir fərdin ehtiyacları önəmli sayılırdı. Müsəlmanların özünəməxsus xüsusiyyətlərindən biri başqaları ilə maraqlanmaları və səxavətlə yardım göstərmələri idi. Kasıblara zəkatın məcburi ödənilməsi ciddi qaydada tətbiq edilirdi. Bununla yanaşı, könüllü şəkildə edilən müxtəlif yardımlar da geniş yayılmışdı.