İslam və Tarix

Qurani-Kərimin 10-cu surəsi olan Yunus surəsi 109 ayədən ibarətdir və Məkkə dövründə nazil olmuşdur. Surə adını 98-ci ayədə adı çəkilən Yunus peyğəmbərin adından almışdır. Bu surədə əsasən Allahın birliyi, peyğəmbərlik və axirət həyatı mövzularına toxunulur, həmçinin Nuh, Hud, Musa və Yunus peyğəmbərlərin həyatından nümunələr verilir.

Səudiyyə Ərəbistanı Krallığı parçalanmış və qarışıqlıqlar içində olan Ərəbistan yarımadasını birləşdirərək ona təhlükəsizlik və sabitlik bəxş etmiş böyük rəhbəri yada salan 95-ci Milli Gününü qeyd edir. Bu bayramda biz həm keçmişi vərəqləyir, həm də yarımada əhalisinin, eləcə də Həcc və ümrə ziyarətinə gələnlərin əsrlər boyu üzləşdiyi çətinlikləri xatırlayırıq.

Şeyx Şamil Şimali Qafqaz imamətinin – Dağıstan və Çeçenistan dağlılarının birliyinin başçısı idi. O, 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Təhsilini qayınatası, Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumiki yanında almış, daha sonra imamətə rəhbərlik edən Qazi Məhəmməd və Həmzət Bəyin müşaviri kimi fəaliyyət göstərmişdir.

Kunq Fu (功夫, Pinyin: gōngfu) – Çində yaranmış qədim döyüş sənətidir. “Kunq” sözü “nailiyyət” və ya “əməl”, “Fu” isə “insan” mənasını verir. Beləliklə, “Kunq Fu” ifadəsi “insan nailiyyəti” kimi tərcümə olunur.

Orta əsrlərdə ismaililiyin, xüsusən Suriyada fəaliyyət göstərən radikal qoluna verilən addır. İsmailiyyə məzhəbinin nizariyyə qoluna mənsub olan bu qrup XI əsrdə İranda Həsən Səbbah tərəfindən qurulmuşdu. Daha sonrakı dövrdə bu qrup Suriya ərazisində də bir çox qalanı zəbt etmiş və kiçik dövlətlər qurmağa müvəffəq olmuşdur.

Fələk orta əsr İslam kosmologiyasında ulduzları daşıdığına və hərəkət etdirdiyinə inanılan şəffaf göy kürəsinə verilən addır. Bu termin İslam fəlsəfəsində, xüsusilə Farabinin (871-950) sistemləşdirdiyi südur nəzəriyyəsində böyük əhəmiyyət kəsb edən məfhumdur.