Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    Abbasilər dövründə İslam və Elmin Qızıl Çağı

    15 May 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Abbasilər dövründə İslam və Elmin Qızıl Çağı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Abbasi xəlifələrindən üçünün hekayəsi İslam tarixi baxımından həm simvolik, həm də təsadüfi bir bağlantını ortaya qoyur. Belə ki, eyni gecədə bir xəlifə vəfat etmiş, biri taxta çıxmış, digəri isə dünyaya gəlmişdi. Vəfat edən Xəlifə Mehdi, taxta çıxan Harun ər-Rəşid, dünyaya gələn isə gələcəyin parlaq xəlifəsi Məmundur.

    Bu üçlük arasında ən məşhuru Harun ər-Rəşid hesab olunur. Çünki o, Abbasi dövlətinin ən güclü dövründə, Bağdadın özünün intibahını yaşadığı bir zamanda xəlifə olmuşdu. Hətta o qədər şöhrət qazanmışdı ki, “Min bir gecə” nağıllarında əfsanəvi obraz olaraq yadda qalmışdı. Nağıllarda təsvir olunan Harun ər-Rəşid qismən həqiqətə uyğun idi — o, tez-tez sadə xalqın həyatını öyrənmək üçün sadə geyimdə şəhəri gəzərdi.

    Onun elmə olan sevgisi isə tayı-bərabəri olmayan dərəcədə idi. Bu elmi sevgi onun oğlu Məmunun tərbiyəsinə də sirayət etmişdi. Harun ər-Rəşid oğlunun ən nüfuzlu alimlərdən dərs alması üçün imkanlarını səfərbər etmişdi. Bu alimlərdən ən məşhuru İslam fiqh məktəblərindən birinin banisi İmam Malik idi. Xəlifə onu Bağdada dəvət etsə də, İmam Malik elmə hörmət əlaməti olaraq bu təklifi “elm insanın arxasınca gəlməz, insan elmin dalınca gedər” sözləri ilə rədd etmişdi. Nəticədə Harun oğullarını Mədinəyə apararaq özü də dərslərdə iştirak etmişdi.

    Bu cür yüksək səviyyəli təhsil Məmunun hüquq, fəlsəfə, ədəbiyyat və elmin müxtəlif sahələrində nadir şəxsiyyət kimi yetişməsinə səbəb oldu. O, xəlifə olduqdan sonra Bağdadda “Beyt əl-Hikmə” adlı elmi mərkəz təsis etdi. Bu qurum müxtəlif dillərdə – yunan, süryani, fars və sanskrit dillərində – yazılmış elmi əsərlərin ərəb dilinə tərcüməsi ilə məşğul olurdu. Xəlifə Məmun Bizans imperatoruna elçi göndərərək əlyazmaların toplanmasını təmin etmişdi. Bəni Musa qardaşları kimi elm adamları bu prosesdə mühüm rol oynamış, tərcüməçilərin maaşını öz hesablarına ödəyirdilər.

    Beyt əl-Hikmə həm də rəsədxana və müstəqil tədqiqat mərkəzi kimi fəaliyyət göstərirdi. Məmun Şam yaxınlığında ikinci bir rəsədxana da qurmuşdu. Bu elmi təşəbbüslər nəticəsində İslam dünyası dünya miqyasında mədəniyyət və elm mərkəzinə çevrilmişdi.

    Həmin dövrdə elmin ictimai xarakteri xüsusi qeyd olunmalıdır. Elmi biliklər yalnız müsəlmanlara deyil, qeyri-müsəlmanlara da açıq idi. Hər kəs, kimliyindən asılı olmayaraq, kitabxanalardan istifadə edə bilirdi.

    Bu dövr həm də qəhvənin İslam dünyasında yayılması ilə yadda qaldı. Tarixçilər Ceyms və Torpenin məlumatına görə, qəhvə ilk dəfə Efiopiyadan Yəmənə gətirilmiş, oradan Məkkə və Əzhər kimi elmi mərkəzlərə yayılmışdı. Qəhvənin gecə oyaq qalmaq üçün faydalı olması səbəbilə müsəlman alimlər arasında tez populyarlaşmışdı. Qərblilər qəhvəni ilk dəfə Osmanlı dövründə Venesiyalı diplomat Covanni Fransesko Morosini vasitəsilə tanımış və 1643-cü ildə Parisdə ilk qəhvəxana açılmışdı.

    Fatimi hökmdarı Hakim də Məmunun Beyt əl-Hikməsinə bənzər “Darül-Hikmə” adlı elm mərkəzi təsis etmişdi. Burada həm dərslər keçirilir, həm də elmi araşdırmalar aparılırdı. Müəllimlərə mürəkkəb, qələm və kağız kimi vasitələr pulsuz təqdim olunurdu.

    Artıq hicrətin ilk əsrlərində hüquq, qrammatika, tarix və dilçilik sahələrində böyük nailiyyətlər əldə olunmuşdu. İbn Əbəd, Əbül-Əsvəd, İbn Düreyd, Təbəri, Məsudi kimi alimlər bu dövrün elmi irsini zənginləşdirmişdilər.

    Qadınlar da elmi fəaliyyətlərdə fəal iştirak edirdilər. Onlar fiqh, ilahiyyat, təbabət, şeir və musiqi sahələrində mühüm rol oynamışdılar. Məşhur qadın fiqhçilərdən biri Əmət əl-Vahid, tanınmış hədisçi isə Şühdə idi. Rabiə əl-Ədəviyyə isə zahidliyi ilə tanınırdı və Bəsrədə sadə həyat tərzi sürürdü.

    A.M.A. Şasterin əsərində yüzlərlə qadın alimin adı çəkilir: 17 idarəçi, 9 xətib, 42 ilahiyyatçı, 23 musiqiçi və 76 şair. Bu qadınlardan bəziləri məscid və ictimai obyektlər də inşa etdirmişdi.

    İbnül-Nədimin “Fihrist” adlı monumental əsəri bu dövrün elmi zənginliyini əks etdirən qiymətli mənbədir. O, minlərlə əsərin müəllifini və məzmununu qeyd etmiş, əsərlərin sahələrini isə dilçilik, fəlsəfə, təbabət, musiqi, astronomiya və digər sahələr üzrə təsnif etmişdi.

    Əndəlüs Əməvi xəlifəsi II Həkəmin kitabxanası da zənginliyi ilə seçilirdi – burada 400 minə yaxın kitab var idi. Təəssüf ki, monqolların 1258-ci ildə Bağdadı işğalı zamanı bu nadir əlyazmaların əksəriyyəti Dəclə çayına atılmış və kitabların mürəkkəbi suya qarışaraq onun rəngini dəyişmişdi.

    Ərəbcə yazılmış bu əsərlər sonralar latın dilinə tərcümə olunmuş, Avropa universitetlərinin inkişafında böyük rol oynamışdı. Xüsusilə Napoli Universiteti və Kordova məktəbləri bu irsin daşıyıcısı olmuşdular. Qərbdə “seminar” adlanan tədris metodu da məhz İslam dünyasının “münazirə” ənənəsindən qaynaqlanır.

    Fars dili də bu dövrdə ədəbiyyat və elmdə mühüm yer tutmağa başlamışdı. Əli ibn Əhmədin farsca lüğəti bu dilin elmi dildəki rolunu sübut edirdi.

    #İslam irsi #İslam tarixi #İslam memarlığı #islamofobiya #İslam mədəniyyəti #Abbasilər #Abbasilər dövründə elm #Abbasilər dövründə tərcümə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    22 Avqust 2026 01:06

    Britaniyada müsəlmanlara qarşı təzyiqlər artır

    9 Avqust 2026 19:30

    Türkiyədə içməli su mənbəyində 31 ildir fasiləsiz Qurani-Kərim oxunur

    7 Avqust 2026 06:00

    Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

    2 Avqust 2026 13:00

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00

    Türklərin İslamı qəbul etmə tarixi: Talas döyüşü və "qılınc müsəlmanı" mifinin cəfəngiyyatı

    23 İyul 2026 15:08

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    19 İyul 2026 13:00

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    3 dinar və 65 qoyun... Misirin fəthindən sonra müsəlmanlar və yerli əhali arasında münasibətlər

    9 İyul 2026 09:00

    Taker Karlson Trampdan uzaqlaşır? ABŞ-də mühafizəkar düşərgədə yeni fikir ayrılığı yaranır

    19 İyun 2026 15:30

    Mədinədə Ömər ibn Xəttabın adını daşıyan nadir qaya yazısı aşkarlandı

    11 İyun 2026 16:48

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.