#Əhməd əş-Şəra

İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəra ilə görüşüb. Bu, Bərzaninin Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Suriyaya ilk səfəridir. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlər və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib. Liderlər regiondakı son vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bərzani və əş-Şəra bundan əvvəl iki dəfə Antalya Diplomatiya Forumunda görüşmüşdülər.

Suriya Prezidenti Əhməd əş-Şəra bildirib ki, Dəməşq bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın işğal altında olan Colan təpələrinə dair hüquqlarına xələl gətirmədən daha geniş sülh prosesinə zəmin yarada bilər.

Donald Tramp Suriyanın Hizbullahla mübarizə aparmaq istəyinin olduğunu bildirib. ABŞ prezidenti belə bir addımın effektiv ola biləcəyini deyib. Tramp Suriya Prezidenti Əhməd əş-Şəranın fəaliyyətini yüksək qiymətləndirib. O, Suriyanın daxili sabitliyinin gücləndiyini iddia edib. Hizbullah məsələsi regiondakı əsas təhlükəsizlik mövzularından biri olaraq qalır. Trampın açıqlaması Suriya və Livandakı vəziyyət fonunda diqqət çəkib.