#Neçirvan Bərzani

İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəra ilə görüşüb. Bu, Bərzaninin Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Suriyaya ilk səfəridir. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlər və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib. Liderlər regiondakı son vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bərzani və əş-Şəra bundan əvvəl iki dəfə Antalya Diplomatiya Forumunda görüşmüşdülər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

Türk Hava Yolları (THY) İraqın Süleymaniyə şəhərinə aviareyslərin yenidən başlayacağını rəsmən açıqlayıb. THY-nin İctimaiyyətlə Əlaqələr və Media rəhbəri Yahya Üstün, ABŞ mərkəzli “X” sosial media platformasında paylaşım edərək bildirib ki, THY dünyanın hər bir nöqtəsində Türkiyəni göylərdə qürurla təmsil edir.

Kürdüstan Regional Hökumətinin başçısı isə yezidilərin yurdlarına qayıtmasının “Sincar razılaşmasının” icrasından asılı olduğunu bildirib, əsirlərin azad edilməsi və itkinlərin taleyinin müəyyənləşdirilməsi üçün səylərin davam edəcəyini deyib. Onun sözlərinə görə, Sincardakı silahlı qruplar və qeyri-qanuni milislər çıxarılmadan bölgədə təhlükəsiz dönüş mümkün deyil.