İran

Küveyt Səhiyyə Nazirliyi ölkənin şimalında yerləşən yaşayış məntəqəsinin İran tərəfindən hərbi təcavüzə məruz qalması nəticəsində mülki şəxslərin xəsarət aldığını elan edib. Nazirliyin rəsmi bəyanatında bildirilir ki, ölkənin şimal hissəsindəki yaşayış zonasına İranın atdığı mərmilər və raket qəlpələrinin düşməsi barədə məlumatlar daxil olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təşkilatın kəşfiyyat idarəsinin rəhbəri, general-mayor Məcid Xatəminin bu gün sübh saatlarında Amerika-İsrail hücumu nəticəsində həlak olduğunu rəsmən bəyan edib. SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, general Xatəmi ABŞ və İsrail qüvvələrinin birgə həyata keçirdiyi hədəfli hava zərbəsi nəticəsində öldürülüb. Hadisənin dəqiq harada - kəşfiyyat qərargahında, yoxsa hərəkətdə olan kortejdə baş verdiyi barədə təfərrüatlar hələlik açıqlanmır.

İran məhkəmə orqanlarının məlumatına əsasən, hərbi obyektə hücum cəhdində ittiham olunan Əli Fəhim edam olunub. Bununla yanaşı, beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Amnesty International, edamları tənqid edərək onları qeyri-insani adlandırıb və bəzi etirafların işgəncə yolu ilə alındığını iddia edib.

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

İran Dövlət Televiziyası paytaxt Tehranın qərbində yerləşən nüfuzlu Şərif Texnologiya Universitetinin hücuma məruz qaldığını xəbər verib. VOA xəbər verir ki, rəsmi məlumatda hadisə növbəti aqressiya kimi xarakterizə edilib.