Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Yaxın Şərq münaqişəsi "sülh yolu ilə" həll edilməlidir - Qətərin Baş naziri

    6 Aprel 2026 13:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərq münaqişəsi "sülh yolu ilə" həll edilməlidir - Qətərin Baş naziri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, hərbi eskalasiyanın "ciddi fəsadları" barədə xəbərdarlıq edərək, Yaxın Şərqdə davam edən münaqişənin "sülh yolu ilə" həll edilməsinin vacibliyini vurğulayıb.

    VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, Al Tani bu fikirləri ispanyalı həmkarı Xose Manuel Albares ilə apardığı telefon danışığı zamanı səsləndirib.

    Nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında yayılan məlumata görə, hər iki rəsmi İranın Qətərə və regionun digər ölkələrinə qarşı "əsassız təcavüzünün" dayandırılmasının zəruriliyini təsdiqləyiblər.

    Al Tani böhranın qarşısını almaq üçün "danışıqlar masasına qayıtmağın, məntiq və hikmət dilinə üstünlük verməyin" vacibliyini bir daha diqqətə çatdırıb.

    Öz növbəsində, Xose Manuel Albares ölkəsinin Qətərlə "həmrəy" olduğunu ifadə edib. İspaniya tərəfi həmçinin gərginliyin azaldılmasının, mülki infrastrukturun və obyektlərin qorunmasının, habelə enerji sektorunun təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
    Bu danışıqlar ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri artırdığı və İranın regiondakı hədəflərə qarşı raket hücumları təşkil etdiyi bir vaxtda, Qətərin diplomatik balans yaratmaq cəhdi kimi qiymətləndirilir.

    #hərbi eskalasiya #Qətərin Baş nazirinin Yaxın Şərq sülh çağırışı #İranın regional təcavüzünə qarşı beynəlxalq reaksiya #Qətər və İspaniya arasında enerji təhlükəsizliyi müzakirələri #Yaxın Şərqdə hərbi gərginliyin iqtisadi və siyasi fəsadları #Al Taninin ispanyalı həmkarı ilə telefon danışığının təfərrüatları #ABŞ-İsrail və İran qarşıdurmasında Qətərin vasitəçilik rolu #Yaxın Şərq diplomatiyas #Qətər-İspaniya münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    3 Sentyabr 2026 10:14

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    İran çətin seçim qarşısındadır

    22 İyul 2026 19:23

    İran ritorikası atəşkəsin tam pozulmadığını vurğulayır

    28 May 2026 21:13

    34 ildən sonra bir ilk yaşanacaq - Tramp elan etdi

    16 Aprel 2026 10:10

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00
    XƏBƏR LENTİ

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.