İranın cənubunda yerləşən strateji əhəmiyyətli Xark adasında ABŞ və İsrailin hücumları nəticəsində güclü partlayış səsləri eşidilib. Adada baş verən partlayışlar birbaşa hərbi müdaxilə nəticəsində yaranıb. Hadisənin təfərrüatları, dəymiş ziyanın miqyası və tələfat barədə hələlik rəsmi məlumat verilməsə də, bölgədə gərginliyin pik həddə çatdığı bildirilir.
İran
İranın ikinci ən böyük şəhəri olan Məşhəddə bütün qatar səfərləri qeyri-müəyyən müddətə təxirə salınıb.Hərəkətin dayandırılması İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial media vasitəsilə İran vətəndaşlarına etdiyi çağırışla birbaşa əlaqələndirilir. İsrail tərəfi fars dilində yaydığı bəyanatda iranlıları dəmir yolu infrastrukturundan uzaq durmağa çağırıb:
Son iki gün ərzində Hörmüz boğazından müxtəlif təyinatlı 29 gəminin keçidi qeydə alınıb ki, bu da mart ayından bəri ən yüksək göstərici hesab olunur. 4-6 aprel tarixləri arasında boğazdan hər iki istiqamətdə neft tankerləri, qazdaşıyan və yük gəmiləri keçib. ABŞ və İsrail ilə İran arasında davam edən müharibə səbəbindən Tehranın tətbiq etdiyi məhdudiyyətlərə rəğmən, bu rəqəm son bir ayın rekordudur. Analizlər göstərir ki, keçid edən gəmilər arasında Çin şirkətlərinə məxsus 7 gəmi ilk sırada yer alır. Onları hər biri 5 gəmi olmaqla İran və Yunanıstan şirkətləri izləyir.
ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə çərşənbə axşamına qədər vaxt qoyaraq, Hörmüz boğazı açılmayacağı təqdirdə ölkənin bütün elektrik stansiyalarının və körpülərinin məhv ediləcəyini bəyan etməsi fonunda BMT Təhlükəsizlik Şurası strateji əhəmiyyətli su yolunun yenidən açılması üçün Rusiya və Çinin etirazları ilə mətni iki dəfə yumşaldılmış qərar layihəsini bu gün səsverməyə çıxarır.
İsraildə yayımlanan Kanal 15 televiziya kanalının məlumatına görə, ölkə ordusunda xidmət edən 4 hərbçi İran adına casusluq fəaliyyəti ilə bağlı ittihamlar əsasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata əsasən, saxlanılan hərbçilərdən bəzilərinin vəkillərlə görüşünə icazə verilməyib və bütün şübhəlilərin saxlanılma müddəti uzadılıb. Bildirilir ki, hadisə İsrail təhlükəsizlik qurumlarında narahatlıq doğuran yeni casusluq hadisəsi kimi qiymətləndirilir.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə idarəsinin rəisi Həmid Səffari məsələ ilə bağlı açıqlama verib. Səffari bildirib ki, "Urmiya Hava Limanı və digər bəzi nöqtələr ABŞ və sionist düşmən tərəfindən atılan raketlərlə hədəf alınıb". Dəymiş ziyan barədə məlumat paylaşmayan rəsmi nümayəndə hücumdan sonra təcili yardım briqadalarının bölgəyə sövq edildiyini bildirib.
İran ABŞ-ın müvəqqəti atəşkəs də daxil olmaqla irəli sürdüyü təklifini iki həftəlik dəyərləndirmədən sonra rədd edib. Tehranın bu qərarı ABŞ-ın nəqliyyat təyyarələrinin İsfahanda vurulması hadisəsindən sonra Pakistan vasitəsilə çatdırılıb. İran müvəqqəti atəşkəs təklifinə verdiyi on maddəlik cavabda öz şərtlərini də təqdim edib. İranın şərtləri arasında müharibənin daimi olaraq dayandırılması, sanksiyaların ləğv edilməsi və Hörmüz boğazından təhlükəsiz keçid protokolu kimi məsələlər yer alıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus "USS Tripoli" (LHA-7) amfibiya hücum gəmisini raket zərbələri ilə hədəf aldığını açıqlayıb. İran tərəfindən yayılan rəsmi bəyanatda bildirilir ki, göyərtəsində 5 mindən çox dənizçi və piyada daşıyan ABŞ ordusuna məxsus LHA-7 helikopter və amfibiya hücum gəmisi İranın raket hücumlarına məruz qalıb. SEPAH bu əməliyyatı "ildırım sürətli zərbə" kimi xarakterizə edib.
Yaxın Şərqdə artan gərginlik fonunda İordaniya ərazisində yeni hücum hadisələri qeydə alınıb. İordaniyanın Kral Hərbi Hava Qüvvələri son 24 saat ərzində iki İran pilotsuz uçuş aparatını zərərsizləşdirib. Məlumata görə, bununla yanaşı, bir pilotsuz aparat və raket hava hücumundan müdafiə sistemlərini keçərək əraziyə çatıb.
İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Ekreminiya ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi əməliyyatların hədəflərinə çatmadığını bildirib. Ekreminiya qeyd edib ki, bu yanaşma emosional deyil, tam şəkildə strateji əsaslara söykənir və uzunmüddətli təhlükəsizliyin təmin olunmasına xidmət edir.
İran Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq, ölkənin mülki infrastrukturuna qarşı yönələn hədələri kəskin pisləyib və bu cür addımların beynəlxalq hüquq müstəvisində ağır cinayət hesab olunduğunu vurğulayıb.
Pakistan rəsmilərinin məlumatına görə, İran ABŞ və İsrailin ölkə rəhbərliyini hədəf alan hücumları dərhal dayandırmasını tələb edib və atəşkəs təklifinin Tehrana təqdim olunduğunu təsdiqləyib. İran tərəfi həmçinin Hörmüz boğazı ilə bağlı ABŞ tərəfindən irəli sürülən şərtlərin, o cümlədən “son tarix” yanaşmasının qeyd-şərtsiz geri götürülməsini istəyib.