ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehranın buna verdiyi cavab zərbələri nəticəsində Körfəz bölgəsində gərginlik pik həddə çatıb. Müxtəlif ölkələrin müdafiə nazirlikləri və rəsmi enformasiya mərkəzlərindən əldə edilən məlumatlara görə, fevralın 28-dən bəri İran tərəfindən əksəriyyəti ərəb ölkələrində yerləşən ABŞ bazaları və kritik infrastruktur obyektlərinə 5 min 850-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
İran
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin Fars körfəzi sahilində yerləşən Buşehr Nüvə Enerji Stansiyasına endirdiyi zərbələrlə bağlı kəskin xəbərdarlıq edib. Nazir sosial media hesabından paylaşdığı mesajda beynəlxalq birliyin bu hücumlar qarşısındakı səssizliyini tənqid edib. Əraqçi Qərb dövlətlərinin Ukraynadakı Zaporojye nüvə stansiyası ətrafındakı döyüşlərə göstərdiyi kəskin reaksiyanı xatırladaraq, Buşehr stansiyasının artıq dördüncü dəfə bombalandığını vurğulayıb. O bildirib ki, stansiyada baş verə biləcək hər hansı radioaktiv sızıntı və ya serpinti təkcə İranı deyil, Körfəz Əməkdaşlıq Şurasına üzv olan qonşu ərəb ölkələrinin paytaxtlarındakı həyatı tamamilə iflic edə və sonlandıra bilər.
Bu prosesdə Azərbaycanın rolu təkcə yardım göndərən ölkə kimi məhdudlaşmır. Azərbaycan, eyni zamanda, Rusiyanın humanitar yüklərinin İrana çatdırılmasında mühüm tranzit və logistik mərkəz funksiyasını yerinə yetirərək regionda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 300 tondan artıq yükün Azərbaycan üzərindən operativ şəkildə ötürülməsi ölkənin infrastruktur imkanlarının və koordinasiya qabiliyyətinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
İraqın Bəsrə vilayət rəhbərliyi, Şələmçə sərhəd-keçid məntəqəsinin İran tərəfinin hücuma məruz qalmasından sonra burada həm ticarət dövriyyəsinin, həm də sərnişin daşınmasının tamamilə dayandığını elan edib.
İranın cənubundakı Xuzistan bölgəsində yerləşən Bandar İmam neft-kimya kompleksi hava zərbəsi nəticəsində zədələnib. Xuzistan vilayətinin rəsmisi bildirib ki, zərbələr Fajr 1 və Fajr 2 neft-kimya şirkətlərini, eləcə də yaxınlıqdakı digər sənaye obyektlərini hədəf alıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyinə dron hücumu ilə bağlı məsuliyyəti rədd edib. Bu bəyanat The Wall Street Journal qəzetinin yaydığı və hücumun Səudiyyə rəsmilərinin açıqladığından daha ciddi nəticələrə səbəb olduğunu iddia edən materialdan sonra verilib.
Tehran ölkə daxilində "düşmənə xidmət edənlərə" qarşı repressiv tədbirləri gücləndirəcəyini bəyan edib. VOA xəbər verir ki, bu haqda İranın "Təsnim" xəbər agentliyinin Məhkəmə Hakimiyyətinin rəhbərinə istinadən yaydığı məlumatada deyilir.
İranda müxalif qrupla əlaqəli olduğu bildirilən iki nəfər edam edilib. İran məhkəmə sistemi bildirib ki, Ali Məhkəmənin hökmü təsdiqləməsindən sonra şəxslər barəsində çıxarılan edam qərarı icra olunub. Məlumata əsasən, onlar Tehranda fəaliyyət göstərən müxalif “Mücahidini-Xalq” təşkilatı ilə əlaqəli olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana növbəti humanitar yardım yola salınır.
ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl, hazırda müvəqqəti fəaliyyət göstərən Məhəmməd Şiə əs-Sudani hökuməti İraqı bölgədəki münaqişə dairələrindən uzaq tutmaqla bağlı diplomatik uğurları ilə öyünürdü. Lakin bu gün Bağdad, hərbi əməliyyatları canlı yayımlayan televiziya ekranlarının Təl-Əviv, Tehran və Beyrutla yanaşı dördüncü əsas nöqtəsinə çevrilib.
ABŞ Prezidenti Donald Tramp İran tərəfindən Amerika pilotsuz təyyarəsinin vurulması hadisəsinin Vaşinqton və Tehran arasındakı diplomatik təmaslara mane olmayacağını bildirib.
Yaxın Şərqdə davam edən "Epik Qəzəb" əməliyyatı çərçivəsində ABŞ hərbi hava qüvvələri ard-arda ağır itkilər verir. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulan F-15 qırıcısının ardınca, Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus ikinci bir döyüş təyyarəsinin vurulduğu bildirilir.