BAKI,VOA
Tehran ölkə daxilində "düşmənə xidmət edənlərə" qarşı repressiv tədbirləri gücləndirəcəyini bəyan edib. VOA xəbər verir ki, bu haqda İranın "Təsnim" xəbər agentliyinin Məhkəmə Hakimiyyətinin rəhbərinə istinadən yaydığı məlumatada deyilir.
"Ölkə daxilindəki düşmən tərəfdarları bilsinlər ki, onların hər bir hərəkəti nəzarət altındadır. Daxildəki düşmən ünsürləri ilə başqalarına ibrət olacaq şəkildə, ən qətiyyətli formada rəftar ediləcək."-deyə İran Məhkəmə Hakimiyyətinin rəhbəri daxili auditoriyaya müraciətində deyilir.
Qeyd edək ki, bu bəyanat ABŞ və İsrail ilə hərbi gərginliyin artdığı bir vaxtda İran rejiminin daxili cəbhədə hər hansı bir narazılığa və ya müxalif fəaliyyətə dözüm nümayiş etdirməyəcəyini göstərir. "İbrət olacaq şəkildə cəzalandırma" ifadəsi insan haqları müdafiəçiləri tərəfindən yeni edam və ya ağır həbs dalğasının siqnalı kimi qiymətləndirilir. Rejim xarici təhdidlərlə yanaşı, daxili sabitliyi də sərt güc tətbiq etməklə qorumağa çalışır.