BAKI,VOA, Fərid Mikayılov
İran Parlamenti sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Amerika Birləşmiş Ştatları İranla əldə olunmuş müvəqqəti razılaşmanın (Anlaşma Memorandumu) şərtlərini tam yerinə yetirənədək Hörmüz boğazı bağlı qalacaq.
VOA xəbər verir ki, Qalibaf Vaşinqtonun dəniz blokadasını qaldırması, sanksiyaları ləğv etməsi və İranın dondurulmuş maliyyə aktivlərini sərbəst buraxması vacibliyini xüsusi vurğulayıb.
İranın mövqeyini açıq şəkildə ifadə edən Qalibaf rəsmi bəyanatında bu fikirləri qeyd edib:
"Lütfən, icazə verin aydın şəkildə bildirim: ABŞ Anlaşma Memorandumunda götürdüyü öhdəlikləri — o cümlədən blokadanın aradan qaldırılmasını, dondurulmuş aktivlərin azad edilməsini, neft sanksiyalarının ləğvini, bütün cəbhələrdə hərbi əməliyyatların və təhdidlərin dayandırılmasını, eləcə də razılaşdırılmış digər şərtləri icra etməyincə boğaz açılmayacaq".