Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    SEPAH Körfəz ölkələrinə hücum iddialarını təkzib edib

    10 Aprel 2026 14:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    SEPAH Körfəz ölkələrinə hücum iddialarını təkzib edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) atəşkəsin ikinci günündə Körfəz ölkələrinə, xüsusilə Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilməsi barədə xəbərləri rəsmən təkzib edib.

    VOA xəbər verir ki, "Təsnim" xəbər agentliyinin yaydığı bəyanatda SEPAH bildirib ki, əgər Küveytin hava məkanının pozulması və strateji obyektlərin hədəf alınması xəbərləri doğrudursa, bu, şübhəsiz ki, "sionist rejimi" və ya ABŞ-ın təxribatıdır. Bəyanatda qeyd olunur ki, İran Silahlı Qüvvələri hər hansı hədəfi vurduqda bunu cəsarətlə rəsmi şəkildə elan edir və rəsmi məlumatlarda yer almayan heç bir hərəkətə görə məsuliyyət daşımır.

    Küveytin kəskin etirazı və hücumun detalları

    Cümə axşamı axşam saatlarında Küveyt ordusu ölkənin hava məkanına düşmən PUA-larının daxil olduğunu və bir sıra mühüm obyektləri hədəf aldığını açıqlayıb. Küveyt Xarici İşlər Nazirliyi bu hücumları İran və onun proksi qüvvələri tərəfindən həyata keçirilən "suverenlik pozuntusu" kimi qiymətləndirib. Rəsmi Küveyt bəyan edib ki, bu cür hərəkətlər ABŞ və İran arasında əldə olunmuş atəşkəs səylərinə zərbə vurur.

    Məlumata görə, fevralın 28-dən bəri davam edən müharibə şəraitində İran tərəfindən Körfəz ölkələrinə və İordaniyaya ümumilikdə 6 mindən çox raket və PUA atılıb. Atəşkəsin elan olunduğu ilk günlərdə də hücumların kəsilmədiyi bildirilir.
    Təkcə son sutka ərzində Küveyt 28 PUA, BƏƏ 17 raket və 35 PUA, Səudiyyə Ərəbistanı 5 raket və 9 PUA, Bəhreyn 6 raket və 31 PUA ilə hədəf alınıb.

    İran tərəfi əvvəllər bu hücumların "Amerika və İsrail təcavüzünə cavab" olduğunu və yalnız ABŞ hərbi bazalarını hədəf aldıqlarını iddia etsə də, zərbələrin mülki infrastrukturuna – hava limanlarına, limanlara və enerji stansiyalarına ciddi ziyan vurduğu bildirilir.

    #SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) bəyanatı #Küveyt hava hücumundan müdafiə #Pilotsuz uçuş aparatları (PUA) hücumu #ABŞ-İran atəşkəsi 2026 #Strateji infrastrukturun hədəf alınması #Regionda gərginliyin artması #Körfəz Əməkdaşlıq Şurası ölkələri #Raket zərbələri statistikası #İranın Körfəz ölkələrinə raket hücumları təkzibi 2026 #Küveytdə mühüm obyektlərə edilən PUA hücumlarının təfərrüatları #Atəşkəs dövründə İranın hərbi hərəkətliliyi və diplomatik reaksiya #SEPAH-ın sionist rejimi və ABŞ haqqında ittihamları #ABŞ və İsrailin İrana qarşı müharibəsi çərçivəsində regional təsirlər #Küveyt Xarici İşlər Nazirliyinin suverenlik pozuntusu barədə bəyanatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ ilə əməkdaşlıq edən ölkələrə ultimatum verdi

    1 Avqust 2026 16:07

    Qətər itkin düşən pilotlarımız barədə məlumat vermir - İran

    1 Avqust 2026 13:30

    İran SEPAH-ı Hörmüz boğazında iki neft tankerini vuraraq dayandırdığını iddia edib

    31 İyul 2026 18:27

    ABŞ dinc sakinləri öldürdüyünə görə cavab verəcək - Qalibaf

    31 İyul 2026 14:35

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

    30 İyul 2026 21:45

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    30 İyul 2026 21:42

    İran Bolqarıstanı ABŞ-ın hərbi bazadan istifadəsi ilə bağlı qərara yenidən baxmağa çağırıb

    30 İyul 2026 19:47

    Hörmüz boğazı ilə bağlı İran–Oman danışıqları neftin qiymətini aşağı salıb

    30 İyul 2026 19:21

    İran cənub-qərbdə pilotsuz uçuş aparatının məhv edildiyini bildirib

    30 İyul 2026 19:09

    Qətər İranın İordaniya və Küveytə hücumlarını pisləyib

    30 İyul 2026 18:09

    Hizbullah İsrail-Türkiyə əlaqələrindəki gərginlikdən necə faydalanır?

    20 İyul 2026 13:31
    XƏBƏR LENTİ

    İran ABŞ ilə əməkdaşlıq edən ölkələrə ultimatum verdi

    FETÖ ilə mübarizə milli vəzifədir - Ömər Çelik

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar

    Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

    ABŞ Rusiya və Ukrayna arasında danışıqları bərpa etmək istəyir - Rubio

    Qətər itkin düşən pilotlarımız barədə məlumat vermir - İran

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    İranın PUA hücumları: Küveyt hava hücumundan müdafiə sistemlərini aktivləşdirdi

    Səudiyyə Ərəbistanı Qəzza ilə bağlı tarixi razılaşmanı dəstəklədi

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.