Yer kürəsində elə yerlər var ki, oraya ayaq basmaq ya həbsxana, ya da ölüm deməkdir. Bu adalar bəşəriyyətin səhvlərinin, elmi eksperimentlərin və təbiətin amansızlığının sübutudur.
Maraqlı faktlar
Zenvo Automotive şirkəti TS1 GT 10th Anniversary modelini 2017-ci ildə keçirilən 87-ci Cenevrə Beynəlxalq Avtomobil Sərgisi çərçivəsində təqdim edib. Avtomobil şirkətin 10 illiyini qeyd etmək üçün xüsusi olaraq hazırlanmış, tək nüsxə (one-off) və tam fərdiləşdirilmiş (bespoke) TS1 GT-dir. Zenvo bu modeli Danimarkadakı qurucuların və markanın irsini əks etdirəcək şəkildə spesifikasiya edib və istehsal edib. Tarixi TS1 GT-yə qədim Skandinaviya mifologiyasında Şimal tanrılarının hökmdarı “Odin”-in mindiyi səkkizayaqlı atın şərəfinə “Sleipnir” adı verilib. Mifologiyaya görə Sleipnir “tanrılar və insanlar arasında ən sürətli və ən yaxşı at” sayılırdı.
Məlumata görə, dünyada yüz milyonlarla insan müxtəlif mövzularda məsləhət almaq üçün süni intellekt çat-botlarına müraciət edir. Bu tendensiya texnologiya şirkətlərini səhiyyə suallarına xüsusi cavab verən proqramlar hazırlamağa sövq edib. OpenAI tərəfindən təqdim edilən ChatGPT Health sistemi istifadəçilərin tibbi qeydlərini, sağlamlıq tətbiqlərindən və geyilə bilən cihazlardan əldə olunan məlumatları analiz edərək sağlamlıqla bağlı suallara cavab vermək imkanına malikdir. Hazırda proqram gözləmə siyahısı ilə istifadəçilərə təqdim olunur.
Sovet İttifaqı tarixində çoxlu qaranlıq məqamlar var: QULAQ, repressiyalar, güllələnmə poliqonları. Lakin xəritədə elə bir nöqtə var ki, oradan sağ çıxanlar belə, bu barədə ömür boyu susublar. Bu, insanla heyvan arasındakı sərhədin cəmi bir həftəyə yox olduğu yer – Nazino adasıdır.
Dəlilər XV əsrin sonlarında Rumelidə meydana çıxmış, düşmənə qarşı göstərdikləri igidlik və ölümə meydan oxuyan davranışları ilə tarixdə xüsusi yer qazanmışdılar. “Yazılan gələr başa” deyərək taleyi qəbul edən bu döyüşçülər heyvan dərilərindən tikilmiş geyimləri, fövqəladə bəzədilmiş atları və kürəklərinə taxdıqları qartal qanadları ilə təkcə gücləri və cəsarətləri ilə deyil, zahiri görkəmləri ilə də savaş ikonuna çevrilmişdilər. Onlar düşməni yalnız qılıncla deyil, görünüşləri və psixoloji təsirləri ilə də sarsıdırdılar.
Bu gün sosial şəbəkələrdə populyar olan "16 Şəxsiyyət Tipi" (MBTI) testləri və dörd hərfli kodlar (məsələn, INTJ, ENFP) əslində dərin bir psixoloji keçmişə malikdir. Bu testlərin və müasir xarakter analizlərinin təməlində məşhur isveçrəli psixoloq Karl Qustav Yunqun nəzəriyyələri dayanır. Yunqun fikirləri insanın özünü tanıması üçün sadəcə bir test deyil, ruhun dərinliklərinə açılan bir qapıdır.
Alimlər müəyyən ediblər ki, göbələk mənşəli ölümlərin təxminən 90 faizinə səbəb olan “Ölüm Mələyi” — Amanita phalloides — Kaliforniyadakı növlərində sürətlə təkamül edərək Avropadakı növlərindən daha fərqli və daha güclü kimyəvi maddələr istehsal etməyə başlayıb. Təbii yayılma arealı Avropa olan, lakin hazırda Amerika, Afrika və Avstraliyaya yayılaraq invaziv (istilaçı) növə çevrilən “Ölüm Mələyi” göbələyi elm dünyasını təəccübləndirməyə davam edir. University of Wisconsin–Madison universitetində aparılan yeni araşdırma göstərib ki, Kaliforniyadakı invaziv populyasiyalar Avropadakı əcdadları ilə müqayisədə genetik baxımdan daha “bacarıqlı” və təhlükəli hala gəlib.
Feodal Yaponiya dedikdə ağıllarda çox vaxt kişi samurayların kölgəsi canlanır. Halbuki bu döyüşçü dünyasının içində eyni nizam-intizamla yetişdirilən, eyni onur anlayışı ilə yaşayan və lazım gəldikdə eyni sərtliklə vuruşan qadınlar da var idi: Onna-bugeyşa. XIX əsrdə çəkilmiş nadir fotoşəkillər yalnız portret deyil, əsrlər boyu nəql olunan bu qadın döyüşçü ənənəsinin vizual yaddaşa həkk olunmuş son izləridir. Bu kadrda katanaları ilə poz verən yapon qadınları dərhal diqqəti cəlb edir.
Krım yarımadasının 2014-cü ilin fevral–mart aylarında Rusiya tərəfindən ilhaq edilməsi postsovet məkanında təhlükəsizlik arxitekturasını dəyişdirən əsas hadisələrdən biri kimi qiymətləndirilir. Ukraynaya bağlı muxtar qurum olan Krımda baş verən proseslər Kiyevdə yaranmış siyasi boşluq fonunda sürətlənib və Rusiya-Ukrayna münaqişəsinin açıq fazasına keçidi ilə nəticələnib.
Ramazan ayı gəlişi ilə ərəb ölkələrində istehlak vərdişləri kökündən dəyişir. İqtisadi çətinliklərə baxmayaraq, qida xərcləri ilin digər ayları ilə müqayisədə 25-50% artır. Dubay Ticarət və Sənaye Palatası və Misir Daxili Ticarətin İnkişafı Departamentinin məlumatlarına görə, təkcə Misirdə Ramazan ayında qida istehlakı təxminən 100 milyard funt sterlinqə (təxminən 2 milyard dollar) çatır. Bu, normal aylardakı istehlakdan iki dəfə çoxdur.
İnsan orqanizminin daxili mexanizmləri və genetik mirasın necə idarə olunması müasir elmin ən çox müzakirə edilən mövzularından biridir. İnsan hüceyrəsinin nüvəsində yerləşən 46 xromosom bizim bütün fiziki və psixoloji xüsusiyyətlərimizi müəyyən edən nəhəng bir məlumat anbarıdır. Bu xromosomların daxilindəki DNT zəncirləri xüsusi histon proteinləri tərəfindən makara kimi sarılaraq mikroskopik ölçülərə qədər kiçildilir. Bu mürəkkəb strukturda saçın formasından tutmuş, şəxsiyyətin necəliyinə və ya depressiyaya meyilliliyinə qədər hər bir detal kodlaşdırılmışdır.
İkinci Dünya Müharibəsinin son akkordlarından bu yana bəşəriyyətin yaddaşına qazınan atom bombası qorxusu, geosiyasi gərginliklərin artması ilə yenidən gündəmə gəlib. Robert Oppenheymerin "Mən indi dünyaların dağıdıcısı, ölüm oldum" ifadəsi ilə simvollaşan bu dağıdıcı güc, ötən onilliklər ərzində atom bombasından qat-qat güclü olan hidrogen bombalarına qədər təkamül edib. Tədqiqatçılar xəbərdarlıq edir ki, müharibənin gətirdiyi emosional yük zaman keçdikcə unudulduğu üçün ekstremal silahlardan istifadəyə meyil artmaqdadır.