Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    ABŞ bayrağının qəbulundan 249 il ötür - “Ulduzlar və Zolaqlar”ın yaranma tarixi

    14 İyun 2026 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ bayrağının qəbulundan 249 il ötür - “Ulduzlar və Zolaqlar”ın yaranma tarixi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ-da hər il iyunun 14-ü Bayraq Günü kimi qeyd olunur. Bu tarix 1777-ci ildə ölkənin rəsmi dövlət bayrağının qəbul edilməsi ilə bağlıdır və ABŞ tarixinin mühüm mərhələlərindən biri hesab edilir.

    1777-ci il iyunun 14-də, ABŞ-ın müstəqillik uğrunda mübarizəsinin davam etdiyi dövrdə Kontinental Konqres ölkənin yeni dövlət bayrağı ilə bağlı qərar qəbul edib. Qərarda bildirilirdi ki, ABŞ bayrağı qırmızı və ağ rəngli 13 növbəli zolaqdan ibarət olmalı, mavi fon üzərində isə yeni birliyi təmsil edən 13 ağ ulduz yerləşdirilməlidir.

    Sonradan “Ulduzlar və Zolaqlar” adı ilə məşhurlaşan bu bayraq ABŞ-ın müstəqillik dövründə Kontinental Ordunun istifadə etdiyi “Böyük Birlik Bayrağı” əsasında hazırlanıb. Həmin bayraqda da 13 qırmızı və ağ zolaq mövcud idi.

    Tarixi rəvayətlərə görə, Filadelfiya şəhərində yaşayan dərzi Betsi Ross general Corc Vaşinqtonun müraciətindən sonra yeni bayrağın ulduz hissəsinin dizaynını hazırlayıb. Bu versiyaya əsasən, mavi fon üzərində yerləşdirilən 13 ulduz dairə formasında düzülmüşdü. Lakin tarixçilər bu hadisənin həqiqətən baş verib-vermədiyini bu günə qədər qəti şəkildə təsdiq və ya təkzib edə bilməyiblər.

    ABŞ müstəqilliyini əldə etdikdən sonra ölkə ərazisinə yeni ştatların qoşulması ilə bayraqda dəyişikliklər edilməyə başlanıb. Əvvəlcə hər yeni ştat üçün həm ulduz, həm də zolaq əlavə olunurdu. Lakin bu praktika bayrağın ölçü və dizaynının mürəkkəbləşməsinə səbəb olduğundan, 1818-ci ildə Konqres yeni qanun qəbul edib.

    Qanuna əsasən, bayraqdakı 13 zolaq ABŞ-ın qurucu 13 koloniyasının xatirəsini yaşatmaq məqsədilə daimi saxlanılıb. Bundan sonra yalnız ulduzların sayı artırılmağa başlanıb və hər yeni ştatın ölkəyə qoşulması bayraqda əlavə bir ulduzla əks etdirilib.

    Bayraq Gününün ilk rəsmi qeyd olunması isə 1877-ci ildə, bayrağın qəbul edilməsinin 100-cü ildönümündə baş tutub. Həmin il Konqresin göstərişinə əsasən ABŞ-ın bütün dövlət binalarında milli bayraq qaldırılıb.

    Sonrakı illərdə bir sıra ştatlar iyunun 14-nü ayrıca bayram kimi qeyd etməyə davam edib. Nəhayət, 1949-cu ildə ABŞ Konqresi iyunun 14-nü rəsmi olaraq Bayraq Günü elan edib və bu tarix ölkə üzrə milli əhəmiyyətli anım günü statusu qazanıb.

    Hazırda ABŞ bayrağında 50 ulduz yer alır. Bu ulduzlar ölkənin 50 ştatını təmsil edir. Bayraqdakı 13 qırmızı və ağ zolaq isə ABŞ dövlətinin əsasını qoyan ilk 13 koloniyanın simvolu olaraq qalır.

    İki əsrdən artıq tarixə malik “Ulduzlar və Zolaqlar” bu gün ABŞ-ın ən tanınan milli rəmzlərindən biri hesab olunur və ölkənin dövlətçilik tarixinin mühüm simvolu kimi qəbul edilir.

    #ABŞ 14-ü Bayraq Günü #1777-ci ildə ABŞ-nin rəsmi dövlət bayrağının qəbul edilməsi #ABŞ tarixi #ABŞ-ın müstəqillik uğrunda mübarizəsi #Ulduzlar və Zolaqların yaranma tarixi #ABŞ bayrağının qəbulu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    22 Avqust 2026 03:00

    Tarixdə bu gün – 22 Avqust

    22 Avqust 2026 00:01

    Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi

    21 Avqust 2026 03:00

    Tarixdə bu gün – 21 Avqust

    21 Avqust 2026 00:01

    Bu gün afrikalı qullardan ibarət ilk qrup Amerikaya gətirildi

    20 Avqust 2026 03:00

    Tarixdə bu gün – 20 Avqust

    20 Avqust 2026 00:01

    Bu gün ABŞ İranda çevriliş etdi

    19 Avqust 2026 03:00

    Tarixdə bu gün – 19 Avqust

    19 Avqust 2026 00:01

    Bu gün Çingizxan öldü

    18 Avqust 2026 04:00

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi edildi

    18 Avqust 2026 02:00

    ABŞ tarixini dəyişdirən hadisələr - Müstəqillikdən texnologiyaya qədər

    16 Avqust 2026 21:00

    Bu gün ABŞ Sosial Təminat Aktı imzalandı

    14 Avqust 2026 03:00
    XƏBƏR LENTİ

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.