1938 Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yaradılması haqqında qanun qəbul edildi.
Tarixdə bu gün
1842-ci il yanvarın 13-də Britaniya ordusunun hərbi həkimi William Bryden Əfqanıstanın Cəlalabad şəhərində yerləşən Britaniya gözətçi postuna çatdı. O, Kabildən geri çəkilən 16 min nəfərlik ingilis–hind ekspedisiya qüvvəsindən sağ qalan yeganə şəxs idi. Bryden Xeybər keçidi ərazisində baş verən dəhşətli qətliamdan danışaraq bildirdi ki, əfqan döyüşçüləri məğlub olmuş qoşunlara və onlarla birlikdə hərəkət edən düşərgə sakinlərinə heç bir aman verməyiblər.
1129-cu il yanvarın 13-də Fransanın Trua şəhərində keçirilən Trua Kilsə Şurası zamanı Papa Honorius II hərbi-dini təşkilat kimi tanınan Tampliyer Cəngavərlərinə rəsmi olaraq tanıdıvə onları “Tanrının ordusu” elan etdi. Fransız əsilli Hyuq de Payenin rəhbərliyi ilə Tampliyer təşkilatı 1118-ci ildə yaradılmışdı. Təşkilatın özünə qoyduğu əsas missiya Xaç yürüşləri dövründə Müqəddəs Torpaqlara gedib-gələn xristian zəvvarları qorumaq idi. Bu yürüşlər müsəlmanların nəzarətində olan Fələstin torpaqlarına qarşı aparılan hərbi ekspedisiyalardan ibarət idi.
1920 Sultanahmet Meydanında 150 min adamın qatıldığı böyük bir mitinq keçirildi.
Bu gün ABŞ tarixində rezonans doğurmuş hadisələrdən biri baş verib. Malkolm X-in qızı Qubilah Şabazz dini lider Luis Farrakhanı öldürməyə cəhd ittihamı ilə saxlanılıb. İstintaq materiallarına görə, Qubilah Şabazz atasının 1965-ci ildə qətlə yetirilməsinə görə Luis Farrakhanı məsul hesab edib və onu aradan götürmək üçün muzdlu qatil axtarıb. O, sonradan baş verənlərə görə “məsuliyyətini” qəbul etsə də, cinayət niyyətini tam etiraf etməyib. ABŞ hökuməti isə tərəflər arasında razılaşma əldə olunmasını qəbul edib.
12 yanvar 2010-cu il tarixində Haiti tarixinin ən ağır təbii fəlakətlərindən biri baş verdi. Yerli vaxtla axşam saatlarında qeydə alınan güclü zəlzələ ölkənin paytaxtı Port-o-Prens və ətraf bölgələri demək olar ki, tamamilə dağıtdı. Seysmik baxımdan yüksək riskli ərazidə yerləşən ölkə Dominikan Respublikası ilə birlikdə Hispaniola adasında, Şimali Amerika və Karib tektonik plitələrinin kəsişmə zonasında yerləşir. Tarixi mənbələrdə Haitidə 1751, 1770, 1842 və 1946-cı illərdə də dağıdıcı zəlzələlərin baş verdiyi qeyd olunur. Lakin dərin yoxsulluq səbəbindən infrastrukturun zəifliyi və fövqəladə hallara hazırlıq səviyyəsinin aşağı olması 2010-cu il fəlakətinin təsirini qat-qat artırdı.
1875 Beyoğlunda Tunel istifadəyə verildi. Tunel 1863-cü ildə Londonda istifadəyə verilən yeraltı ictimai nəqliyyat sistemlərindən sonra tikilmiş dünyanın 2-ci ən qədim yeraltı ictimai nəqliyyat sistemidir.
Osmanlı dövlətinin banisi Osman Qazi, atası Ərtoğrul Qazinin kiçik oğlu olmasına baxmayaraq, tayfa daxilində ciddi müqavimətlə üzləşmədən hakimiyyətə gəldi. Tarixi mənbələrə görə, böyük qardaşlarının bu qərara açıq etiraz etməməsi Osman Qazinin liderliyini möhkəmləndirdi və sülalə daxilində erkən mərhələdə parçalanmanın qarşısını aldı. Lakin XIII əsrin sonlarında, xüsusilə 1288–1299-cu illər arasında Osman Qazinin siyasi və hərbi strategiyasında ciddi dəyişikliklər baş verdi. O, tayfa xarakterli idarəçilikdən çıxaraq, sistemli fəth siyasətinə keçidi hədəflədi. Bu strategiya Bizans sərhədlərinə yönəlmiş hücumları, qalaların fəthini və daimi müharibə vəziyyətini ehtiva edirdi.
11 yanvar 1971-ci ildə sonradan qlobal texnologiya mərkəzinə çevriləcək Silikon Vadisi anlayışı ilk dəfə mətbuatda istifadə olundu. Bu termin ixtisaslaşmış həftəlik texniki jurnalın səhifələrində, yarımkeçirici sənayesinin yüksəlişini təsvir edən analitik yazıda yer aldı. Məqalə üç hissədən ibarət silsilənin ilk yazısı idi və Kaliforniyanın Santa Klara vadisində formalaşan mikroelektronika sənayesinin sürətli inkişafını əks etdirirdi. Yazının əsas ideyası sadə idi: yeni nəsil yarımkeçiricilər silikon elementindən hazırlanırdı və bu istehsal məhz bir vadidə cəmləşmişdi. Beləliklə, coğrafi məkan və texnoloji material bir anlayışda birləşdirildi.
630 Müsəlmanlar Məkkəni fəth edib.
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk Baş Assambleyası keçirilib. 51 dövləti təmsil edən nümayəndələr İngiltərənin paytaxtı Londonda, Vestminster Mərkəzi Zalında bir araya gəlib. İlk iclasdan bir həftə sonra BMT Təhlükəsizlik Şurası da ilk dəfə toplaşaraq öz fəaliyyət qaydalarını müəyyənləşdirib. Ardınca, 24 yanvar tarixində Baş Assambleya ilk qətnaməsini qəbul edib. Həmin sənəd atom enerjisindən dinc məqsədlərlə istifadəni, həmçinin atom və digər kütləvi qırğın silahlarının ləğvini nəzərdə tutan çağırışları əhatə edib.
1919 Mədinənin mühasirəsi sona çatıb. Mədinədəki Osmanlı qarnizonu silahı yerə qoyan sonuncu döyüş qüvvəsi idi. Birinci Dünya Müharibəsi faktiki olaraq başa çatıb.