Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün dünyanın ilk SMS-i göndərildi

    3 Dekabr 2025 00:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün dünyanın ilk SMS-i göndərildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1992-ci il dekabrın 3-də telekommunikasiya tarixində dönüş nöqtəsi yaşandı: dünyada ilk qısa mesaj (SMS) Britaniyada, Vodafone şəbəkəsi üzərindən göndərildi. Mesajın müəllifi — 22 yaşlı mühəndis Nil Pepvort idi. O, şəxsi kompüterdən istifadə edərək həmkarı Riçard Carvisin mobil telefonuna sadə, lakin tarixə düşən iki söz göndərdi: “Merry Christmas”.

    Pepvort həmin dövrdə artıq fəaliyyətini dayandırmış Sema Group Telecoms şirkətində çalışırdı və Vodafone üçün “Short Message Service Centre” (SMSC) sisteminin yaradılmasında iştirak edirdi. SMS-lərin ilk mərhələdə çağrı xidmətlərində istifadəsi nəzərdə tutulurdu. Sistemin quraşdırılmasından sonra Pepvort Londonun qərbindəki infrastruktur mərkəzindən test məqsədilə mesajı göndərdi — nəticə uğurlu oldu.

    “Bu anın tarixə düşəcəyini hiss etmirdim. Sadəcə işimi görürdüm və bir il üzərində işlədiyimiz proqram təminatının işlədiyinə əmin olurdum,” — deyə o, sonralar xatırlayıb.

    Həmin vaxtlar mobil telefonlar hələ cavab mesajı göndərməyi bacarmırdı. Lakin yenə də bu hadisə rabitə texnologiyasında yeni mərhələnin başlanğıcını qoydu.

    SMS dövrü: Mobil rabitənin yüksəlişi

    1993-cü ildə Nokia ilk SMS funksiyalı telefonu bazara çıxardı. 160 simvolluq məhdudiyyət və şəbəkələrarası mesaj göndərilməsinin olmaması imkanları məhdudlaşdırsada, yenilik sürətlə populyarlıq qazandı. 1999-cu ildə operatorlar rəqib şəbəkələr arasında SMS göndərilməsinə icazə verdikdən sonra qısa mesajlaşma kommunikasiya vasitələrinin öncül formalarından birinə çevrildi.

    T9 — “predictive text” sistemi mesajlaşmanı daha da asanlaşdırdı. Eyni zamanda əvvəlki illərdə konturla işləyən mobil tariflərdə SMS-lərin pulsuz olması gənclər arasında qısa mesajlaşmanı kütləvi hala gətirdi. 160 simvol məhdudiyyəti isə yeni abbreviatura dilinin — SMS jarqonunun yaranmasına səbəb oldu və bu “qısaltma dili” daha sonra internet ünsiyyətinə də keçdi.

    Rekord göstəricilər və tənəzzül

    SMS-in vətəni olan Britaniyada bu xidmət 2001-ci ilə gəldikdə partlayış yaşadı — ay ərzində 1 milyard mesaj göndərilir, hər SMS üçün 10 pens ödənilirdi. Bu isə operatorlara ayda 100 milyon funt sterlinqə yaxın gəlir qazandırırdı.

    2010-cu ilə gəldikdə Beynəlxalq Telekommunikasiya İttifaqı hər dəqiqə dünyada 200 min SMS göndərildiyini açıqladı. Lakin 2012-ci ildən etibarən WhatsApp, Viber, iMessage və digər “instant messaging” tətbiqlərinin yüksəlişi SMS-in tənəzzülə qədəm qoymasına səbəb oldu.

    Bununla belə, 1992-ci ildə göndərilən həmin iki sadə söz — “Merry Christmas” — mobil ünsiyyətin yeni erası üçün təməl rolunu oynadı.

    ilk SMS tarixi mobil rabitə Nil Pepvort Vodafone 1992 Merry Christmas qısa mesajlaşma Nokia SMS tarixi T9 texnologiyası первая SMS история коротких сообщений Нил Пэпворт Водафон мобильная связь 1992 Merry Christmas SMS технология first SMS ever history Neil Papworth Vodafone Merry Christmas message 1992 mobile communication T9 predictive text Nokia ilk SMS mesaj Vodafone 1992 Neil Papworth kısa mesaj T9 tahmini metin Nokia mesajlaşma tarihi mobil iletişim 第一条短信 SMS历史 沃达丰 NeilPapworth 移动通信 短讯 1992 T9 输入法 诺基亚 短信通

    #Vodafone #Dünyanın ilk SMS-i 1992-ci ildə göndərildi #Merry Christmas: Mobil mesajlaşma dövrü necə başladı? #1992 — SMS tarixinin doğulduğu gün #Vodafone şəbəkəsi üzərindən ilk qısa mesajın hekayəsi #Nil Pepvortun göndərdiyi mesaj kommunikasiya tarixini dəyişdi #Mobil rabitədə inqilab — ilk SMS-dən 33 il sonra #SMS necə yarandı və niyə populyarlaşdı? #Dünyanın ilk SMS-i telekommunikasiyanın gedişatını dəyişdi #160 simvolun yaratdığı dünya: SMS-in yüksəliş tarixi #SMS-in doğuluşu və süqutu: Mobil mesajlaşmanın 30 illik yolu #Nokia SMS #Dünyada ilk SMS-in göndərilməsi və tarixi #Mobil mesajlaşmanın yaranma səbəbləri və inkişafı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    24 Avqust 2026 04:08

    Tarixdə bu gün – 24 Avqust

    24 Avqust 2026 00:01

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    23 Avqust 2026 04:00

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    23 Avqust 2026 02:00

    Tarixdə bu gün – 23 Avqust

    23 Avqust 2026 00:01

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    22 Avqust 2026 03:00

    Tarixdə bu gün – 22 Avqust

    22 Avqust 2026 00:01

    Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi

    21 Avqust 2026 03:00

    Tarixdə bu gün – 21 Avqust

    21 Avqust 2026 00:01

    Bu gün afrikalı qullardan ibarət ilk qrup Amerikaya gətirildi

    20 Avqust 2026 03:00

    Tarixdə bu gün – 20 Avqust

    20 Avqust 2026 00:01

    Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

    13 İyun 2024 13:38
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.