Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Fələstin
    Fələstin

    İsrailin Qəzzaya tətbiq etdiyi məhdudiyyətlər aclıq və sağlamlıq problemlərini artırır - BMT

    24 Fevral 2024 05:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzzaya tətbiq etdiyi məhdudiyyətlər aclıq və sağlamlıq problemlərini artırır - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    İsrailin Qəzzaya tətbiq etdiyi məhdudiyyətlər aclıq və sağlamlıq problemlərini artırır.

    AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları İdarəsi 2022-ci ilin oktyabrından 2023-cü ilin oktyabrına qədər Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüds və İsraildə tərəflər tərəfindən törədilən insan haqları pozuntularına dair hesabat dərc edib.

    Hesabatda bu dövrdə bir çox qanunsuz qətllərin, girovların, mülki əmlakın məqsədsiz şəkildə məhv edilməsinin, mülki infrastruktura hücumların, məcburi köçkünlərin, cinsi təcavüz və işgəncələrin baş verdiyi qeyd edilib və bunların hamısının beynəlxalq humanitar hüquqla qadağan edildiyi xatırladılıb.

    Qeyd edilib ki, törədilmiş cinayətlərin tam miqyasını müəyyən etmək üçün əlavə araşdırmaya ehtiyac var.

    Hesabatda HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixli hücumlarının beynəlxalq hüququ ciddi şəkildə pozduğu, İsrailin sonrakı hərbi hücumları və müharibə metodu seçimlərinin fələstinlilərə böyük əziyyət verdiyi vurğulanıb.

    “Qəzzada 56 illik işğal və 16 illik blokada zamanı indiyə qədər baş verən pozuntulara görə bütün tərəflər cavab verməlidir.” – deyə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

    O bildirib ki, bütün iddia edilən pozuntularla bağlı operativ, müstəqil, qərəzsiz, effektiv və şəffaf araşdırmalar aparılmalıdır.

    Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

    Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

    Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

    İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

    Hafiz Rufizoğlu

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #İsrail #Qəzza zolağı #BMT #HƏMAS
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb

    27 İyun 2026 22:01

    Atəşkəs mərhələli proseslə həyata keçiriləcək

    27 İyun 2026 21:24

    İsrail ordusuna Cənubi Livanda “uzunmüddətli qalma” hazırlığı tapşırılıb

    27 İyun 2026 21:20

    İsrail Cənubi Livanda hava zərbəsi endirib

    27 İyun 2026 20:36

    İsrail qüvvələri işğal olunmuş Qərb Sahilində bir neçə bölgəyə basqın edib

    27 İyun 2026 20:17

    Cənubi Livanda İsrail hücumları davam edir - atəşkəs “kövrək” olaraq qalır

    27 İyun 2026 20:06

    Netanyahu Livan çərçivə sazişini “qələbə” kimi təqdim edir

    27 İyun 2026 19:04

    Qəzza şəhərinə hücum nəticəsində bir neçə nəfər yaralanıb

    27 İyun 2026 19:01

    Avropa Komissiyası rəhbəri İsrail-Livan razılaşmasını alqışlayıb

    27 İyun 2026 18:58

    Hizbullah lideri İsrail-Livan çərçivə sazişini kəskin tənqid edib

    27 İyun 2026 18:34

    Hizbullah İsrailin geri çəkilməsinin silahsızlanma ilə şərtləndirilməsini rədd edib

    27 İyun 2026 18:31

    İtaliya İsrail-Livan razılaşmasına diplomatik dəstək verməyə hazırdır

    27 İyun 2026 18:25
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 28 İyun

    Şərqi Qüds yaxınlığında bədəvi icmasına hücum edilib

    Prime Day ABŞ-da 26 milyardlıq alış dalğası yaratdı

    Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verəcəyini açıqlayıb

    Atəşkəs mərhələli proseslə həyata keçiriləcək

    İsrail ordusuna Cənubi Livanda “uzunmüddətli qalma” hazırlığı tapşırılıb

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    İsrail Cənubi Livanda hava zərbəsi endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.