Bakı. AzerVoice:
ABŞ Fələstin dövlətinin yaradılması şərtini açıqlayıb.
AzerVoice-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.
“Vaşinqton İsrailin təhlükəsizliyini təmin etmək şərti ilə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.” - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, bütün tərəflər mülki insanları qorumaq və münaqişənin yayılmasının qarşısını almaq üçün tədbirlər görməlidir.
“Biz bir milyondan çox insanın təhlükəsizliyinə zəmanət vermə planı olmadan Rəfah əməliyyatını dəstəkləmirik.”- deyə ABŞ Dövlət Departamenti bildirib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.
Hafiz Rufizoğlu