Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər / Redaktorun Seçimi
    Redaktorun Seçimi

    Reuters və AP İsrailin Nasser Xəstəxanası hücumuna sərt reaksiya verib

    26 Avqust 2025 09:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Reuters və AP İsrailin Nasser Xəstəxanası hücumuna sərt reaksiya verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Reuters və Associated Press (AP) beynəlxalq xəbər agentlikləri İsrailin Qəzza zolağında Nasser xəstəxanasına hücumu nəticəsində jurnalistlərin öldürülməsinə qəzəbləndiklərini bildirərək birgə bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, Reuters-in baş redaktoru Alessandra Galloni və AP-nin baş redaktoru Julie Pace, İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Eyal Zamir və hökumətin mətbuat xidmətinin direktoru Nitzan Chenə ünvanlanmış bəyanatda, Nasser xəstəxanasına edilən hücumda Reuters-dən Hosam əl-Masri, AP və Reuters üçün çalışan Məryəm Əbu Dekka və Muaz Əbu Taha da daxil olmaqla beş jurnalistin həlak olduğunu qeyd edib. Hücumda Reuters-in fotojurnalisti Hatəm Xalidin də yaralandığı vurğulanıb.

    “Müstəqil jurnalistlərin beynəlxalq hüquqla qorunan xəstəxanada qurban olması bizi qəzəbləndirir. Bu jurnalistlər peşəkar vəzifələrini yerinə yetirərək, şahidlik edirdilər. İsrailin xarici jurnalistlərin Qəzzaya girişinə iki ilə yaxın qadağa qoyması onların işini xüsusilə vacib edir,” - deyə bəyanatda bildirilib. İsrail ordusunun hücumu öz üzərinə götürməsinə baxmayaraq, “jurnalistləri hədəf almadığı” iddiası şübhə altına alınıb və ordunun keçmiş araşdırmalarının nadir hallarda nəticə verdiyi vurğulanıb.

    Agentliklər, hücumun bilərəkdən canlı yayımları hədəf alıb-almadığını sorğulayaraq, İsrail ordusunun beynəlxalq hüquqa uyğun olaraq jurnalistləri və mülki şəxsləri qorumaq öhdəliyini yerinə yetirmədiyini bildirib. “Bu ölümlər sürətli və şəffaf cavabdehlik tələb edir. İDF jurnalistlərə və xilasedicilərə zərər vurulmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur,” - deyə bəyanatda qeyd olunub.

    AP və Reuters, bölgədəki müxbirlərinin təhlükəsizliyini təmin etmək üçün çalışdıqlarını vurğulayaraq, İsrail hökumətini jurnalistlərin Qəzzaya maneəsiz giriş-çıxışını təmin etməyə çağırıb.

    #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Qəzza münaqişəsi #Reuters #Jurnalistlərin hədəf alınması #Qəzzada jurnalistlərin ölümü #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar #İsrail və Qəzza münaqişəsi #Associated Press (AP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.