2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 113 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 492 milyon 750 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 313 milyon 345 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (55) qeydiyyata alınıb.
İqtisadiyyat
2025-ci ilin noyabr ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 milyon 119 min 798 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 924 min 182 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 195 min 616 nəfər təşkil edib. 2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 20 min 523 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 16 min 936 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 3 min 587 ton təşkil edib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Səudiyyəyə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq, 160 milyon 462 min 15 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Səudiyyəyə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq,13 milyon 87 min 67 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.
2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Ceyhan limanı 17 milyon 812 min 300 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən 918 min 381 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 16 milyon 893 min 919 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Ceyhan limanından tranzit 26 milyon 289 min 988 ton yük aşırılıb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz azalaraq, 49 milyon 35 min 46 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 4 milyon 802 min 88 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin İskenderun limanı 3 min 814 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 612, digər ölkələrin bayraqları altında üzən 3 min 202 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə ediləcəyi Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci dövr toplantısı 22–23 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Toplantıya Türkiyə tərəfindən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cövdət Yılmaz, Azərbaycan tərəfindən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcəklər.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 4 milyard 398 milyon 345 min 20 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz artaraq,512 milyon 229 min 80 dollara çatdırıb.
“Ford” park sistemindəki nöqsanlar səbəbindən ABŞ-də 270 000-dən çox elektrik və hibrid avtomobilini geri çağırır.
2025-ci ilin yanvar-noyabr aylarında İran vətəndaşları Türkiyədə min 646 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 281 obyekt azdır. Məlumata görə, bu ilin noyabr ayında İran vətəndaşları Türkiyədə 147 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 53 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyədə 141 min 100 mənzil satın alınıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,8 faiz azdır.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 19 milyon 927 min 75 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalaraq, 1 milyon 808 min 51 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.
2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin Ambarlı limanı 3 min 844 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Aliağa limanı Türkiyə bayrağı altında üzən min 528, digər ölkələrin bayraqları altında üzən 2 min 316 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.