İqtisadiyyat

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır. AzerVoice xəbər veriri ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə II İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesində 5 milyard ABŞ dollarından artıq dəyərdə layihələrlə iştirak edib. Bu layihələr Türkiyə podratçılarının qlobal miqyasda yüksək nüfuz və etibarlı tərəfdaş statusu qazandığını nümayiş etdirir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.

2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Gemlik limanı 12 milyon 741 min 500 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən 1 milyon 71 min 19 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 11 milyon 670 min 481 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Gemlik limanından tranzit 1 milyon 564 min 210 ton yük aşırılıb.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 577 milyon 429 min 95 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq, 48 milyon 542 min 75 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.

2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin Çeşme limanı 2 min 266 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Çeşme limanı Türkiyə bayrağı altında üzən min 604, digər ölkələrin bayraqları altında üzən 662 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 394 min 625 ton təşkil edib.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq, 185 milyon 981 min 39 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 68,6 faiz artaraq, 20 milyon 609 min 49 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.

2025-ci ilin noyabr ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq, 1 milyon 41 min 363 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 31 faiz azalaraq, 1 milyon 36 min 456 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 4 min 907 nəfər təşkil edib. 2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalaraq 10 min 294 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalaraq, 10 min 200 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 49 faiz artaraq, 94 ton təşkil edib.