2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İrana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 471 milyon 521 min 1 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında İrana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 48 milyon 310 min 45 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
İqtisadiyyat
İran və Azərbaycan Respublikası Astara sərhəd keçidində koordinasiyanı gücləndirərək, yük maşınlarının hərəkətini sürətləndirmək və artırmaq barədə razılığa gəliblər. Xüsusi diqqət tez xarab olan məhsulların daşınmasına yönəldiləcək. İranın Azərbaycandakı səfiri Möctəbə Damirçilu sərhədi ziyarət edərək trafik vəziyyətini yoxlayıb və hər iki ölkənin rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı yük maşınlarının tranzitinin sürətləndirilməsi və asanlaşdırılması, ticarət yükünün həcminin artırılması və gözləmə müddətlərinin azaldılması barədə razılıq əldə olunub.
2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Mersin limanı 35 milyon 32 min 527 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 2 milyon 139 min 487 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 32 milyon 893 min 40 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Mersin limanından tranzit 158 min 29 ton yük aşırılıb.
Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq, 257 milyon 250 min 94 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq,25 milyon 276 min 7 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bildirir ki, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə əvvəl proqnozlaşdırılan 3,5% ilə müqayisədə 1,8% təşkil edəcək. “Fitch”in qiymətləndirmələrinə görə, 2026–2027-ci illərdə iqtisadi artım tempinin illik 2,4% səviyyəsində olacağı gözlənilir. Agentliyin hesabatında qeyd olunur ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycanın real ÜDM-i illik ifadədə 1,6% artıb, neft sektorunda hasilat həcmləri 1,8% azalıb, qeyri-neft sektorunda isə 3,2% iqtisadi artım müşahidə olunub.
19 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi iləkeçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.
Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla əlaqədar olaraq Bakı Avrasiya Universitetində rəsmi görüş keçirilib.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır . Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək. “Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,75%-ə endirib.
2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin Mersin limanı 3 min 583 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 555, digər ölkələrin bayraqları altında üzən 3 min 28 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Səudiyyə Ərəbistanı iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 15,717 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon dollar və ya 7,7 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Səudiyyə Ərəbistanına yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azalaraq, 44 milyon 507 min 54 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz azalaraq, 3 milyon 185 min 57 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 7 milyard 252 milyon 610 min dollara bərabər olub.