Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib

    21 Dekabr 2023 17:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib.

    AzerPress xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

    İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdiri Göksel Aşan və Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat forumda çıxış ediblər.

    Vurğulanıb ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.

    2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi də çoxvektorlu əməkdaşlıq potensialımızın, strateji məsələlərdə fəaliyyətimizin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

    Beynəlxalq və regional müstəvidə ölkələrimizin maraqlarını təmin edən əməkdaşlıq həyata keçirilir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində fəaliyyətlər önəmlidir.

    Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirib. Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini birgə layihələrin icrasını stimullaşdırıb.

    Enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Forumda nəqliyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta Dəhliz və onun şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Qeyd olunub ki, Azərbaycan-Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz təxminən 7,2 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33 faiz artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan hədəfə sürətlə çatacağımıza inam yaradır.

    Azərbaycanın xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin, ölkəmizdə qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı təşviq edir.

    Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev tərəfindən ölkəmizin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.

    Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında sənədlərin imzalanması mərasimi baş tutub. AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub. DO-DEM MMC ilə “Multipak Ambalaj”şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək.

    Forum Azərbaycanda investisiya qoyuluşu imkanları, ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və qida sənayesi, həmçinin “yaşıl” enerji, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalarla öz işini davam etdirib.

    xxx

    10:23

    Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

    Trend xəbər verir ki, forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

    Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək.

    Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

    Bununla yanaşı, sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

    #Azərbaycan-Türkiyə İnvestisiya Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Enerji və ticarət sahəsində Azərbaycanla əməkdaşlıq möhkəmləndirilir - Ömər Bolat

    24 Dekabr 2025 13:06

    Türkiyə şirkətləri Qarabağa xüsusi maraq göstərir – tikinti, turizm və kənd təsərrüfatı sürətlə genişlənir - TÜİB sədri (ÖZƏL)

    23 Dekabr 2025 17:26

    Orta Dəhliz Türkiyə və Azərbaycanın qlobal iqtisadi gücünü artırıb - Hüseyn Böyükfırat (ÖZƏL)

    23 Dekabr 2025 17:08

    Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək - Abdulkadir Polat

    23 Dekabr 2025 13:35

    Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

    13 Noyabr 2025 19:33

    Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq əbədidir - Mehmet Yüce

    1 Oktyabr 2025 13:01

    Türkiyə təbii qazda mühüm razılaşmalar əldə edib – Azərbaycan qazı üçün yeni fürsətlər açılır - Bayraktar

    11 Sentyabr 2025 12:20

    Türkiyə şirkətləri ilə Qarabağın bərpası üzrə imzalanmış müqavilələrin dəyəri açıqlanıb

    21 Dekabr 2023 11:59

    Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır - Nazir

    21 Dekabr 2023 11:53

    Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır - Nazir

    21 Dekabr 2023 11:51

    Azərbaycan və Türkiyə yüzlərlə işgüzar tədbir, eləcə də biznes forumlar keçirib - Mikayıl Cabbarov

    21 Dekabr 2023 11:31

    Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb

    21 Dekabr 2023 11:22
    XƏBƏR LENTİ

    İstanbulda xəstəxana təmir olunacaq

    İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.