Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq əbədidir - Mehmet Yüce

    1 Oktyabr 2025 13:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq əbədidir - Mehmet Yüce
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türk millətinin taleyini əks etdirən tarix kitabı açıldıqda, ən parlaq səhifələrdən biri şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa həsr olunub. Bu bağ yalnız coğrafi yaxınlıqla deyil, ortaq dil, mədəniyyət, ədəbiyyat və tarixi yaddaşla formalaşmış sarsılmaz bir qardaşlıqdır. Hər iki xalq Oğuzun ocağında doğulmuş, eyni dastanlarla böyümüş, eyni türkülərlə sevinmiş, eyni acılara şərik olmuşdur.

    Bu sözləri AzerVoice-ə özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

    Türkiyə ilə Azərbaycan arasındakı bu qardaşlıq tarix, mədəniyyət və ortaq tale üzərində inşa olunmuşdur. Son dövrlərdə Türkiyədə bəzi media orqanlarında yayımlanan saxta xəbərlər, bu münasibətlərə xələl gətirmək və iki ölkə arasında şübhə toxumu səpmək məqsədi güdən şüurlu və məqsədli cəhdlər ola bilər. Sosial media və bəzi media platformaları üzərindən sürətlə yayılan bu xəbərlər tamamilə yalan və iftiradır, və iki xalqın arasına nifaq salmaq məqsədi daşıyır. Bu cür yalanlar Türk millətinin əsl duyğularını və düşüncələrini əsla əks etdirmir.

    Azərbaycan və Türkiyə arasındakı qardaşlıq diplomatik münasibətlərdən daha çox, xalqın ürəyində yaşayan ortaq ruhun, ortaq idealın və əbədi qardaşlıq duyğusunun təzahürüdür. Ancaq son vaxtlar bəzi məqsədli dezinformasiyalar bu müqəddəs qardaşlığa kölgə salmaq, iki millət arasında güvən çatışmazlığı yaratmaq niyyəti daşıyır. Bu kimi əsassız iddialar, nə Türk xalqının səmimi hisslərini, nə də Azərbaycan xalqına olan məhəbbətin həqiqi mahiyyətini ifadə edir. Əksinə, bu, fitnə yaratmaq, birlik və bərabərlik ruhunu zədələmək, əsrlər boyu formalaşmış qardaşlığa zərər vurmaq məqsədilə hazırlanmış məkrli və niyyətli kampaniyalardır.

    Unudulmamalıdır ki, Azərbaycan və Türkiyənin qardaşlığı, müvəqqəti fırtınalarla sarsılacaq zəif bağ deyil. Bu qardaşlıq çoxsaylı sınaqlardan çıxmış, çətinlikləri birlikdə aşmış, “iki dövlət, bir millət” şüarı ilə tarixə yazılmış ölümsüz bir tale birliyidir.

    Bu səbəblə, nə qədər fitnə yaradılmağa çalışılsa da, xalqın qəlbində yaşayan bu səmimi sevgi və qardaşlıq hissi, yalanlardan, iftiralardan və təxribatlardan qat-qat güclüdür. Türkiyənin məsul dövlət qurumları da, bu məsələdə əsasən xarici mərkəzlərdən qaynaqlanan və daxildə bəzi şər qüvvələrlə əlaqəli olan bu fitnə yuvaları ilə bağlı araşdırmalara və hüquqi tədbirlərə başlayıblar. Bu istiqamətdə lazımi tədbirlərin görüləcəyinə tam əminik.

    #Türkiyə #Azərbaycan #Azərbaycan-Türkiyə İnvestisiya Forumu #Türk dünyası #Mehmet Yüce #Türk dünyası elmi əməkdaşlığı #Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) #Türkiyə Azərbaycan əməkdaşlığı #Azərbaycan-Türkiyə #Türkiyə Azərbaycan qardaşlığı #Uludağ Universiteti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.