Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır - Nazir

    21 Dekabr 2023 11:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır - Nazir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır.

    AzerPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

    "Zəngilan, İran, Naxçıvan və Türkiyə ərazisindən keçəcək yol alternativ qismində nəqliyyat sahəsində tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. Ölkəmizin ərazisindən Orta Dəhliz, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə keçən nəqliyyat dəhlizləri Azərbaycandan Türkiyə vasitəsilə Avropaya və əksinə ən qısa və səmərəli nəqliyyat marşrutları formalaşdırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan öz vəsaiti heasabına dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə əlaqədar infrastruktur layihələrinə investisiyalar yatırıb", - o deyib.

    Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

    Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

    Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

    Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

    Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır - Nazir
    #İqtisadiyyat Nazirliyi #Mikayıl Cabbarov #Azərbaycan-Türkiyə İnvestisiya Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib

    8 İyul 2026 21:34

    Mikayıl Cabbarov İİB Qrupu Toplantılarının nəticələrini açıqlayıb

    19 İyun 2026 16:27

    İqtisadiyyat naziri Mikayıl Cabbarov İran rəsmisi ilə iqtisadi əməkdaşlığı müzakirə edib

    18 İyun 2026 21:21

    Mikayıl Cabbarov Rumıniya Prezidentinin müşavirini qəbul etdi

    18 İyun 2026 16:24

    Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib

    16 İyun 2026 20:32

    Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir

    15 İyun 2026 22:17

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41

    Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

    2 İyun 2026 19:38

    Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır - Mikayıl Cabbarov

    2 İyun 2026 19:25

    Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

    26 May 2026 16:38

    İqtisadiyyat naziri Omanın mənzil inşaatı və şəhərsalma naziri ilə görüşüb

    20 May 2026 18:00
    XƏBƏR LENTİ

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.