Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
#tranzit-nəqliyyat
Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında rəqəmsal həllərin tətbiqi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirir. Leypsiqdə keçirilən görüş zamanı tərəflər beynəlxalq yükdaşımalarında elektron icazə sistemi — e-Permit layihəsinin tətbiqinə dair Anlaşma Memorandumu imzalayıb. Təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik əməliyyat mühitinin yaradılmasını hədəfləyir.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.
2025-ci ilin dekbar ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 13 milyon 987 min 298 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 10 milyon 344 min 671 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 3 milyon 642 min 627 nəfər təşkil edib. 2025-ci ilin dekabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 136 min 111 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 81 min 511 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 54 min 601 ton təşkil edib.
2025-ci ilin noyabr ayında Türkiyənin Muğla Milas-Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 4 milyon 301 min 871 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 480 min 83 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 1 milyon 821 min 788 nəfər təşkil edib.
Bu ilin yanvar- oktyabr ayında Türkiyə limanlarından 26 milyon 300 min 575 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 2 milyon 68 min 254 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 24 milyon 232 min 51 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- oktyabr ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 23 milyon 346 min 105 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.
2025-ci ilin yanvar- oktyabr aylarında Fransadan Türk limanlarına 2 milyon 867 min 282 ton yük daşınıb. “Bu ilin yanvar- oktyabr aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 769 min 311 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. “Bu ilin yanvar- oktyabr aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 97 min 971 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Suriya Gömrük və Sərhəd İdarəsinin rəsmisi Əhməd Alluş, Bəşər Əsəd rejiminin devrilməsindən sonra sərhəd-keçid məntəqələrində aparılan modernləşmə işləri, narkotiklərlə mübarizə, eləcə də ölkənin ixrac-idxal potensialı barədə “Anadolu” agentliyinə müsahibə verib. Alluş bildirib ki, Türkiyə “azadlıqdan bu yana” Suriyaya göstərdiyi davamlı dəstək üçün minnətdarlıqla xatırlanır. Onun sözlərinə görə, iki ölkə arasında ticarət, nəqliyyat və sərhəd idarəçiliyi sahələrində sıx əməkdaşlıq aparılır.
2025-ci ilin avqust ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 55 milyon 250 min 785 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 11 milyon 823 min 296 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 43 milyon 427 min 489 nəfər təşkil edib.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan yeni razılaşma Zəngəzur dəhlizinin istismara verilməsini təmin edəcək. ABŞ prezidenti Donald Tramp 99 ilə qədər uzadılmış razılaşma çərçivəsində Azərbaycanın Naxçıvana çıxış əldə edəcəyini, Ermənistanın isə suverenliyinə hörmət ediləcəyini bildirib. Ekspertlərə görə, bu dəhliz Türkiyə üçün yalnız nəqliyyat marşrutu deyil, həm də enerji, nəqliyyat və rəqəmsal infrastruktur baxımından yeni inteqrasiya imkanları təqdim edəcək. Dəmir yolları, neft-qaz kəmərləri və fiber-optik şəbəkələr Türkiyəni regional enerji və kommunikasiya mərkəzinə çevirə bilər.
Layihə çərçivəsində Qaziantepi İskenderun Limanı ilə birləşdirəcək, hər biri 20 kilometr uzunluğunda olan və dəmir yolu ilə avtomobil yolunu birləşdirən funksional üç borulu tunel inşa ediləcək. Bu mühəndislik həlli dünyada ilk olacaq. Layihə, Amanos dağlarının altından keçərək səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq, bölgənin ixrac imkanlarını genişləndirəcək və iqtisadi fəallığı artıracaq.