#2025 Türkiyə nəqliyyat qəzaları

Türkiyədə 2025-ci ilin avqust ayında 215 min 130 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan məlumatlara əsasən, bunların 44,1 faizini minik avtomobilləri, 43,9 faizini motosikletlər, 8 faizini yük maşınları (kamyonet), 1,5 faizini traktorlar, 1,4 faizini iri tonnajlı yük maşınları, 0,7 faizini mikroavtobuslar, 0,3 faizini avtobuslar və 0,1 faizinixüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyədə baş verən ümumi qəza sayı 62 min 72 olub. İdarədən verilən məlumata görə, iyul ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 53 min 584, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 8 min 488 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 28 min 406, vəfat edənlərin sayı isə 240 nəfər təşkil edib” – deyə idarədən bildirilib.