Yenilənmiş 2026-cı il model "Volkswagen Tiguan SE" kompakt krossover seqmentində praktik ölçüləri və gündəlik istifadə rahatlığı ilə diqqət çəkir. Avtomobilin daxili və xarici dizaynı minimalizmin cansız uçurumuna yuvarlanmadan, təmiz xətlərlə işlənib ki, bu da xalis Alman üslubunu nümayiş etdirir.
#Volkswagen
Almaniya avtomobil nəhəngi Volkswagen, Şimali Amerika bazarındakı strategiyasında kəskin dəyişiklik etdiyini elan edib. Şirkət Tennessee ştatındakı Çattanuqa (Chattanooga) zavodunda populyar elektrikli kompakt SUV modeli olan ID.4-ün istehsalını bu ayın sonuna qədər tamamilə dayandırır.
Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen, Almaniyanın Drezden şəhərində yerləşən zavodunda avtomobil istehsalını rəsmi olaraq dayandırıb. Çərşənbə axşamı etibarilə istehsal xətlərinin bağlanması ilə şirkət 88 illik tarixində ilk dəfə Almaniya ərazisində yerləşən bir müəssisəsində istehsalı tamamilə dayandırmış oldu.
Türkiyədə 2025-ci ilin avqust ayında 215 min 130 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan məlumatlara əsasən, bunların 44,1 faizini minik avtomobilləri, 43,9 faizini motosikletlər, 8 faizini yük maşınları (kamyonet), 1,5 faizini traktorlar, 1,4 faizini iri tonnajlı yük maşınları, 0,7 faizini mikroavtobuslar, 0,3 faizini avtobuslar və 0,1 faizinixüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.