Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    İtki və Zərərə Cavab Fondu Azərbaycanın COP29-dakı liderliyi sayəsində fəaliyyətə başladı – “La Gazette du Caucase”

    2 Dekabr 2024 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İtki və Zərərə Cavab Fondu Azərbaycanın COP29-dakı liderliyi sayəsində fəaliyyətə başladı – “La Gazette du Caucase”
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İtki və Zərərə Cavab Fondu COP29 çərçivəsində fəaliyyətə başlaması qlobal iqlim siyasətində tarixi dönüş nöqtəsi oldu.

    AzerVoice xəbər verir ki, bu barədə Fransanın onlayn nəşri "La Gazette du Caucase" yazıb.

    Məqalədə bu nailiyyət "inkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri və iqlim dəyişikliyinin artan təsirlərindən qeyri-mütənasib dərəcədə əziyyət çəkən həssas icmalar üçün əhəmiyyətli irəliləyiş" kimi xarakterizə edilir.

    "COP29-a sədrlik edən Azərbaycanın rəhbərliyi altında Fondun yaradılması qlobal həmrəyliyin güclü ifadəsi oldu. Bu mühüm addım iqlim bərabərsizliyinin aradan qaldırılması üçün daha inklüziv və səmərəli həll yollarına ümid verir", – deyə "La Gazette" qeyd edib.

    Məqalədə vurğulanır ki, İtki və Zərərə Cavab Fondunun yaradılmasının əsası 2022-ci ildə Misirdə keçirilən COP27-də qoyulmuşdur. Həmin vaxt ölkələr, iqlim fəlakətlərindən ən çox təsirlənmiş dövlətlərə kompensasiya ödənilməsi ilə bağlı tarixi razılığa gəlmişdilər.

    Lakin qəzetin qeyd etdiyi kimi, maliyyə öhdəlikləri və siyasi iradənin real hərəkətlərə çevrilib-çevrilməyəcəyi ilə bağlı şübhə qalırdı.

    COP28-in BƏƏ-də keçirilməsi bu istiqamətdə əhəmiyyətli bir mərhələ olsa da, məqalədə bildirilir ki, məhz Azərbaycanın sədrliyi ilə keçən COP29 Fondun tam fəaliyyətə başlamasına şərait yaratdı.

    "La Gazette" vurğulayır ki, İtki və Zərərə Cavab Fondu yalnız maliyyə aləti deyil, həm də "tarixi ədalətsizliyin etirafıdır". İnkişaf etmiş ölkələr, istixana qazı emissiyalarına ən böyük töhfəni verən tərəflər olaraq, indi resursların yenidən bölüşdürülməsi mexanizmləri vasitəsilə qasırğalar, daşqınlar və quraqlıq kimi fəlakətlərdən ən çox zərər çəkmiş ölkələr qarşısında məsuliyyət daşıyırlar.

    "Prezident İlham Əliyevin kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələrin problemlərinə diqqət ayırması Azərbaycanın bərabərlik və inklüzivliyə sadiqliyini vurğulayır", – deyə qəzet yazır.

    2025-ci ildən etibarən Fondun iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə layihələri maliyyələşdirməyə başlaması gözlənilir. Bu layihələrə dağıdılmış infrastrukturun bərpası, köçkünlərə yardım və həssas bölgələrdə adaptasiya potensialının gücləndirilməsi daxildir.

    "La Gazette du Caucase" həmçinin Fondun innovativ maliyyə mexanizmlərini stimullaşdırmaq potensialını qeyd edir. Xüsusi sektor, dövlətlər və çoxtərəfli təşkilatlarla əməkdaşlıq Fondun əlavə resurslar cəlb etməsinə imkan verə bilər.

    "Yaşıl" istiqrazlar və iqlim sığortası kimi alətlərdən istifadə edərək, zərərlərlə mübarizə və itkilərin qarşısının alınmasında daha kompleks yanaşma təmin edilə bilər.

    "Bu nailiyyət iqlim dəyişikliyinin dağıdıcı nəticələri ilə mübarizə aparan ölkələrə ümid verir", – deyə qəzet vurğulayır.

    Bununla yanaşı, "La Gazette" qeyd edir ki, Fondun fəaliyyətə başlaması mühüm bir addım olsa da, görüləsi işlər hələ çoxdur.

    "İtki və Zərərə Cavab Fondu –iqlim böhranına ən az səbəb olanların bu böhranın nəticələrini təkbaşına çəkməməli olduğu haqqında kollektiv bir etirafdır", - yekunda "La Gazette du Caucase" vurğulayır.

    #La Gazette du Caucase
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    6 İyun 2026 19:30

    Akvakultura istehsalı Türkiyə balıqçılıq sektorunun əsas dayağına çevrilib?

    5 İyun 2026 12:00

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41

    Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

    2 İyun 2026 19:38

    Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır - Mikayıl Cabbarov

    2 İyun 2026 19:25

    COP29 iqlim maliyyələşdirilməsinə və uyğunlaşmaya xüsusi diqqət yetirərək, kritik qlobal iqlim problemlərinin həllinə yönəlib - "La Gazette du Caucase"

    15 Noyabr 2024 15:20

    Fransa mətbuatı Azərbaycana qarşı ittihamlardan yazdı: "Özünüzə baxın!"

    14 Oktyabr 2024 13:20

    “La Gazette du Caucase” Fransanın Azərbaycana qarşı dezinformasiyasını ifşa edib

    11 Oktyabr 2024 15:33

    La Gazette du Caucase Fransız mediasında yayılan erməni miflərini ifşa edib

    16 Avqust 2024 17:17

    Azərbaycan Cənubi Qafqazda multikulturalizmin ən yaxşı nümunəsidir - La Gazette du Caucase

    13 İyun 2024 13:33
    XƏBƏR LENTİ

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Dünyanın ən kök insanı neçə kiloqram idi?

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Türk vergisi nədir və kimlərdən alınırdı?

    Mustafa Kamal Atatürkün İslam və din üzərindəki fikirləri nədir?

    Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.