Mədəniyyət Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.