Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Bakıda keçirilən Birgə İşçi Qrupunun 3-cü iclasında iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər teatr, muzey, kitabxana, kino, mədəni irsin qorunması və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan və Gürcüstanı ortaq tarix və zəngin mədəni irsin birləşdirdiyi qeyd olunub. Görüşdə mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mədəni əlaqələrin strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildiriblər. İclasın sonunda əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan protokol imzalanıb.
#Fərid Cəfərov
Paris şəhərində UNESCO-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair təqdimat sessiyası keçirilib. Sessiya Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO rəsmisi Qustavo Merino çıxış ediblər. Bakı Prosesi və onun qlobal əhəmiyyəti xüsusi vurğulanıb. Forumun beynəlxalq dialoq platformasına çevrildiyi qeyd olunub. 2026-cı ildə Bakıda keçiriləcək növbəti Forum barədə məlumat verilib. İştirakçılar təşəbbüsə dəstək ifadə ediblər. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarının uzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütün sahələrdə dinamik şəkildə inkişaf edir. Bunu Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Respublikasının Mədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanı bildirib.
Noyabrın 7-də İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib.
Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.