İstanbulun fəthindən sonra Sultan II Mehmedin xristian teologiyasına marağı və ortodokslara qarşı tolerant münasibəti Qərbdə müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdu. Fatih Sultan Mehmed İstanbulu güclə fəth etməsinə baxmayaraq, xristianların burada yaşamasına icazə verdiyi kimi, qaçanların da geri qayıtması üçün səy göstərib. Bir çox bizanslı istər İslamı qəbul etsin, istərsə də etməsin, Osmanlı imperiyasının xidmətinə qəbul edilib.
#Osmanlı İmperiyasının paytaxtı
1914-cü il noyabrın 14-də Birinci Dünya müharibəsinin gedişində Osmanlı imperiyasının paytaxtı İstanbulda imperiyanın ali dini lideri Şeyxül-İslam Osmanlı hökuməti adından rəsmi olaraq “cihad” elan edib. Bəyanatda bütün müsəlmanlar Britaniya, Fransa, Rusiya, Serbiya və Monteneqroya qarşı silaha sarılmağa çağırılıb.
İstanbul dünyanın ən qədim və ən möhtəşəm şəhərlərindən biridir. Türkiyənin ən böyük şəhəri olan İstanbul həm iqtisadi, həm tarixi, həm də sosial-mədəni baxımdan ölkənin ürəyi sayılır.