Biznes

2025-ci ilin yanvar-avqust aylarında İran vətəndaşları Türkiyədə min 125 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 267 obyekt azdır. Məlumata görə, bu ilin avqust ayında İran vətəndaşları Türkiyədə 155 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 16 obyekt azdır.

Türkiyə 2025-cü ilin avqust ayında ABŞ-yə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq, 100 milyon 946 min 26 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən ABŞ-yə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 813 milyon 363 min 63 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.

2025 - ci ilin yanvar - avqust ayında Türkiyənin Kocaeli limanı 46 milyon 976 min 885 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 3 milyon 484 min 473 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 43 milyon 492 min 412 ton yük daşınıb. 2025 - ci ilin yanvar - avqust aylarında Kocaeli limanından tranzit 1 milyon 976 min 444 ton yük aşırılıb.

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 5 milyon 71 min 58 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq, 42 milyon 241 min 62 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.

2025-ci ilin avqust ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 2 milyon 27 min 414 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 1 milyon 717 min 2 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq, 310 min 412 nəfər təşkil edib.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz artaraq, 9 milyon 915 min 45 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq, 52 milyon 175 min 41 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.

Cari ililin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfə çoxdur. Hesabat ilində Azərbaycana yatırılan birbaşa xarici investisiyaların ümumi həcmində Qırğızıstan investisiyalarının payı 0,2 faiz təşkil edib. 2024-cü ilin ilk 6 ayı ərzində isə Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkil edib

Türkiyə 2025-cü ilin avqust ayında Çinə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz azalaraq, 35 milyon 998 min 3 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Çİnə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 361 milyon 940 min 74 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 19 milyon 230 min 56 dollara çatdırıb 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq, 122 milyon 536 min 77 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

2025 - ci ilin yanvar - avqust ayında Türkiyənin Mersin limanı 25 milyon 608 min 531 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 1 milyon 612 min 432 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 23 milyon 996 min 99 ton yük daşınıb. 2025 - ci ilin yanvar - avqust aylarında Mersin limanından tranzit 130 min 794 ton yük aşırılıb.

Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 6 milyon 165 min 67 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz azalaraq, 32 milyon 759 min 93 dollara bərabər olub.