Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    İngiltərə çempionatı: "Liverpul" "Arsenal"ı məğlub edib

    31 Avqust 2025 21:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İngiltərə çempionatı: "Liverpul" "Arsenal"ı məğlub edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    “Liverpul” İngiltərə çempionatının üçüncü turunda öz meydanında “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb.

    AzerVoice xəbər verir ki, qarşılaşma Enfild stadionunda keçirilib.

    Oyunun yeganə qolunu 83-cü dəqiqədə Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai cərimə zərbəsindən birbaşa vuraraq komandasına qələbə qazandırıb.

    “Arsenal” artıq 13 ildir ki, İngiltərə çempionatında Enfilddə “Liverpul”u məğlub edə bilmir. London klubu son dəfə rəqibini səfərdə 2012-ci il sentyabrın 2-də 2:1 hesabı ilə üstələyib. Bununla belə, 2020-ci ildə “Arsenal” Liqa Kubokunun 1/8 finalında “Liverpul”u penaltilərlə mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə London təmsilçisi 5:4 hesabı ilə qalib gəlmişdi.

    “Liverpul” topladığı doqquz xalla turnir cədvəlinin vahid lideridir və çempionatda ilk üç oyunun hamısında qələbə qazanan yeganə komandadır. Altı xalı olan “Arsenal” isə üçüncü pillədə qərarlaşıb. Növbəti turda “Liverpul” sentyabrın 14-də səfərdə “Börnli” ilə qarşılaşacaq, “Arsenal” isə bir gün əvvəl “Nottingem Forest”i qəbul edəcək.

    #London #Futbol #futbol klubları #Arsenal #idman #Liverpool #Nottingem Forest #İngiltərə çempionatı #Dominik Soboslai
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    18 Avqust 2026 11:23

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    "Liverpul" Qakponu satmaq niyyətində deyil

    3 Avqust 2026 16:03

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    London sığortaçıları Qırmızı dəniz üzrə yeni risk xəritəsi açıqlayıb

    30 İyul 2026 17:12

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    27 İyul 2026 22:14

    Dünya Kuboku zamanı futbolçular sosial mediada kütləvi hücumlarla üzləşib - FİFA

    18 İyul 2026 19:27

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    17 İyul 2026 21:34

    Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib

    11 İyul 2026 19:23

    ABŞ millisinin futbolçusu Folarin Baloqun Dünya Çempionatında siyasi müzakirələrin mərkəzinə düşüb

    6 İyul 2026 22:47

    Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib

    4 İyul 2026 18:50

    Ange Postekoglou "Ən-Nəsr"in baş məşqçisi təyin olunub

    3 İyul 2026 21:55
    XƏBƏR LENTİ

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

    Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.