#futbol klubları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı son dünya klublarının reytinq cədvəlində ağdam təmsilçisi 38 pillə yüksələrək 96-cı sıraya yerləşib. Azərbaycanın aparıcı futbol klubu Qarabağ beynəlxalq reytinqdə böyük irəliləyiş əldə edib.

Kaspar Yulmann Almaniyanın “Bayer” klubunun baş məşqçisi təyin olunub. Məlumata görə, 53 yaşlı danimarkalı mütəxəssislə 2027-ci iyunun 30-dək müqavilə imzalanıb. Yulmann bu vəzifədə niderlandlı Erik ten Haqı əvəzləyib. Ten Haqın rəhbərliyi altında “Bayer” üç rəsmi oyun keçirib. Onlardan biri qələbə, biri heç-heçə, biri isə məğlubiyyətlə nəticələnib.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

“Liverpul” İngiltərə çempionatının üçüncü turunda öz meydanında “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun yeganə qolunu 83-cü dəqiqədə Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai cərimə zərbəsindən birbaşa vuraraq komandasına qələbə qazandırıb. “Arsenal” artıq 13 ildir ki, İngiltərə çempionatında Enfilddə “Liverpul”u məğlub edə bilmir. London klubu son dəfə rəqibini səfərdə 2012-ci il sentyabrın 2-də 2:1 hesabı ilə üstələyib. Bununla belə, 2020-ci ildə “Arsenal” Liqa Kubokunun 1/8 finalında “Liverpul”u penaltilərlə mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə London təmsilçisi 5:4 hesabı ilə qalib gəlmişdi.

Azərbaycanlı gənc futbolçu İbrahim Babayev İspaniyanın "Barselona" klubuna keçib. Gənc futbolçu "Barselona"nın gənclər komandasında çıxış edəcək. "Bu əlamətdar hadisə onun karyerasında yeni səhifə və Azərbaycan üçün qürurverici nailiyyətdir" - deyə, iş adamı Adnan Əhmədzadə "Instagram" səhifəsində yazıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb. komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi, əzələ zədəsindən sonra meydana çıxdığı ilk oyunda komandasına qələbə qazandırıb. ABŞ Peşəkar Futbol Liqasının (MLS) çempionat matçında “İnter Mayami” doğma meydanda “Los-Anceles Qalaksi”ni qəbul edib. Qarşılaşmanın 84-cü dəqiqəsində Messi hesabı dəyişərək komandasını irəli çıxarıb. Bir qədər sonra isə uruqvaylı Luis Suaresin vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.