Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Ançelotti Braziliyanın heyətini açıqlayıb: Neymar, Vinisius və Rodriqo kənarda qalıb

    26 Avqust 2025 10:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ançelotti Braziliyanın heyətini açıqlayıb: Neymar, Vinisius və Rodriqo kənarda qalıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsinin son oyunları üçün heyəti elan edib.

    AzerVoice xəbər verir ki, İtaliyalı mütəxəssis Çili və Boliviya ilə qarşılaşmalarda 23 futbolçunu çağırıb, lakin üç böyük ulduz – Neymar, Vinisius Junior və Rodriqo heyətdən kənarda qalıb.

    Braziliya sentyabrın 4-də Rio-de-Janeyrodakı Marakana stadionunda Çilini qəbul edəcək, beş gün sonra isə 4 min 100 metr hündürlükdə yerləşən El Alto şəhərində Boliviya ilə qarşılaşacaq.

    “Şəxsi olaraq yaxşı tanımadığım futbolçulara daha yaxından baxmaq istəyirəm”- deyə Ançelotti jurnalistlərə açıqlamasında bu qərarı belə izah edib.

    Neymar zədə səbəbilə çağırılmayıb. Vinisius isə sarı vərəqə limitinə görə bir oyunluq cəza alıb və yalnız Boliviya ilə matçda iştirak edə bilərdi. Rodriqo isə baş məşqçinin sözlərinə görə, artıq kifayət qədər tanıdığı futbolçular sırasındadır. Neymar oktyabr 2023-dən bəri milli komandada çıxış etmir və hələ də bərpa prosesindədir.

    Heyət:

    Qapıçılar: Alisson (Liverpul), Bento (Əl-Nəsr), Hugo Souza (Kortinas).

    Müdafiəçilər: Alexandro Ribeiro (Lill), Alex Sandro (Flamenqo), Caio Henrique (Monako), Douqlas Santos (Zenit), Fabrisio Bruno (Kruzeiro), Qabriel Maqalayeş (Arsenal), Marquinhos (PSJ), Vanderson (Monako), Vesley (Roma).

    Yarımmüdafiəçilər: Andre Santos (Çelsi), Bruno Quimaryeş (Nyukasl), Kasemiro (Mançester Yunayted), Joelinton (Nyukasl), Lukas Paketa (Vest Ham).

    Hücumçular: Estevao (Çelsi), Qabriel Martinelli (Arsenal), Jao Pedro (Çelsi), Kaio Jorje (Kruzeiro), Luiz Henrike (Zenit), Mateus Kunya (Mançester Yunayted), Rafinya (Barselona), Rişarlison (Tottenham).

    Qeyd edək ki, uzun müddətdən sonra heyətə qayıdan futbolçulardan biri də Lukas Paketa olub. Vest Hemin yarımmüdafiəçisi ötən il davam edən mərc qalmaqalı ilə bağlı istintaqa görə millidən uzaq qalmışdı.

    #Boliviya #Braziliya #Çili #Karlo Ançelotti #Neymar #Vinisius Junior #2026 Dünya Çempionatı seçmə mərhələ #Rodriqo
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım

    13 Avqust 2026 10:57

    “İnter Mayami” Neymarı transfer etmək istəyir

    10 Avqust 2026 11:18

    Neymar futbolçu karyerasını başa vura bilər

    9 İyul 2026 15:08

    Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib

    7 İyul 2026 22:19

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Vinisus Realdan gedir?

    27 May 2026 13:32

    Hörmüz böhranı fonunda Hindistan neft idxalını Latın Amerikası və Afrika ölkələrinə yönəldir

    25 May 2026 18:52

    Barselona ilə FİFA arasında vəziyyət gərginləşib

    2 Aprel 2026 13:25

    Çilinin yeni prezidenti vəzifəsinin icrasına başlayıb

    12 Mart 2026 09:21

    “Flamenqo” Lukas Paketanın transferini rəsmən açıqladı

    31 Yanvar 2026 10:40

    “Bornmut” braziliyalı hücumçu Rayanın transferini rəsmiləşdirib

    25 Yanvar 2026 13:42
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.