#Çili

2025-ci il dekabrın 14-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 60 yaşlı Xose Antonio Kast Valparaiso şəhərində yerləşən Milli Konqresdə keçirilən mərasimdə and içərək rəsmi şəkildə vəzifəyə başlayıb. Mərasim zamanı prezident səlahiyyətlərinin rəmzi olan prezident kəməri Kastın üzərinə taxılıb. Səlahiyyət müddəti başa çatan sabiq prezident Qabriel Boriç də tədbirdə iştirak edərək dövlət başçılığı simvolu hesab olunan “Pioça de O'Higgins” nişanını yeni prezidentə təqdim edib.

Ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan və Senatın iqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards sentyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Antarktika yarımadası sahillərindəki Dreyk keçidi olduğunu açıqlayıb. Təxminən 10,8 kilometr dərinlikdə baş verən təkanlar Argentina və Çilinin bir çox şəhərində hiss olunub. Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) isə zəlzələdən sonra sunami xəbərdarlığı elan edib.