Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Çilinin yeni prezidenti vəzifəsinin icrasına başlayıb

    12 Mart 2026 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çilinin yeni prezidenti vəzifəsinin icrasına başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Cənubi Amerikanın Çili Respublikasında yeni prezident vəzifəsinin icrasına başlayıb.

    VOA xəbər verir ki, 2025-ci il dekabrın 14-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 60 yaşlı Xose Antonio Kast Valparaiso şəhərində yerləşən Milli Konqresdə keçirilən mərasimdə and içərək rəsmi şəkildə vəzifəyə başlayıb.

    Mərasim zamanı prezident səlahiyyətlərinin rəmzi olan prezident kəməri Kastın üzərinə taxılıb. Səlahiyyət müddəti başa çatan sabiq prezident Qabriel Boriç də tədbirdə iştirak edərək dövlət başçılığı simvolu hesab olunan “Pioça de O'Higgins” nişanını yeni prezidentə təqdim edib.

    Andiçmə mərasimindən sonra Kast Çili ənənəsinə uyğun olaraq Vinya del Mar şəhərində yerləşən Cerro Kastilyo Prezident Sarayında xarici nümayəndə heyətləri üçün təşkil olunan rəsmi nahar tədbirinə qatılıb.

    Məlumata görə, yeni prezidentin axşam saatlarında paytaxt Santyaqo şəhərinə gedərək La Moneda Prezident Sarayının balkonundan xalqa müraciət etməsi gözlənilir.

    Kastın andiçmə mərasimində İspaniya kralı Felipe, Argentina prezidenti Xavyer Milei, Boliviya prezidenti Rodrigo Pas, Panama prezidenti Xose Raul Mulino, Honduras prezidenti Nasri Asfura, Kosta Rika prezidenti Rodrigo Çaves, Paraqvay prezidenti Santyaqo Pena, Uruqvay prezidenti Yamandu Orsi, eləcə də bir çox ölkənin diplomatik nümayəndələri iştirak edib.

    Xose Antonio Kast kimdir?

    Alman mənşəli ailədən olan və peşəcə hüquqşünas olan Xose Antonio Kast Çili siyasətində sağ yönümlü mövqeyi ilə tanınır.

    Onun siyasi fəaliyyəti Çili Katolik Universitetində hüquq təhsili aldığı dövrdə başlayıb. Həmin illərdə o, 1980-ci il Konstitusiyasının hazırlanmasında iştirak edən siyasətçi Xayme Qusman tərəfindən yaradılan Gremial hərəkatında fəaliyyət göstərib.

    Kast uzun illər Müstəqil Demokratik Birlik Partiyasında siyasətlə məşğul olub. Bu müddətdə bələdiyyə məclisinin üzvü kimi fəaliyyət göstərib və 2002–2018-ci illərdə deputat olub.

    2019-cu ildə isə o, daha sərt siyasi xətti təmsil etdiyini bildirərək Respublikaçılar Partiyasını yaradıb.

    Kast təhlükəsizlik siyasəti, miqrasiya əleyhinə mövqeyi və mühafizəkar sosial baxışları ilə tanınır. O, həmçinin hərbi diktatura lideri Auqusto Pinoçet dövrü ilə bağlı bəzi müsbət açıqlamaları səbəbindən tez-tez siyasi müzakirələrin mərkəzində olub.

    2017 və 2021-ci illərdə prezident seçkilərində məğlub olan Kast üçüncü cəhdində qalib gələrək ikinci turda solçu rəqibi Jeannette Jara üzərində qələbə qazanıb.

    #Çili #Cənubi Amerika #Xose Antonio Kast #Çili Katolik Universiteti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cənubi Amerika bloku yeni iqtisadi tərəfdaşlar axtarır

    30 İyun 2026 21:31

    Venesuela lideri ABŞ ictimaiyyətini sülhün əsas təminatçısı kimi dəyərləndirib

    16 Dekabr 2025 10:48

    Çili parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

    26 Sentyabr 2025 13:57

    Ançelotti Braziliyanın heyətini açıqlayıb: Neymar, Vinisius və Rodriqo kənarda qalıb

    26 Avqust 2025 10:36

    Venesuela prezidenti ABŞ-ı tənqid edib

    23 Avqust 2025 10:50

    Çilidə 7,5 bal gücündə zəlzələ baş verib

    22 Avqust 2025 09:06

    Dənizə çıxışı olmayan ölkələrin tarixində yeni bir səhifə aça bilərik - Quttereş

    5 Avqust 2025 13:31

    Çilidə 6,4 bal gücündə zəlzələ baş verib

    7 İyun 2025 16:18

    Çilidə dağlıq ərazidə təyyarə qəzası

    9 May 2025 09:55

    Çilidə baş verən zəlzələ sonrası tsunami təhlükəsinə görə təxliyə elan edilib

    2 May 2025 18:40

    Argentinada 7,4 bal gücündə zəlzələ baş verib

    2 May 2025 17:41

    Türkiyə və Çili arasında iqtisadi münasibətlərdə yeni mərhələ

    9 Aprel 2025 17:12
    XƏBƏR LENTİ

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.