Pep Qvardiolanın rəhbərlik etdiyi Mançester Sitinin mövsümə uğursuz başlaması fonunda komanda haqqında tənqidlər səslənir. Premyer Liqa əfsanəsi Alan Şirer, “şəhərlilər”in artıq əvvəlki qorxu faktorunu itirdiyini bildirib.
#Rodriqo
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsinin son oyunları üçün heyəti elan edib. İtaliyalı mütəxəssis Çili və Boliviya ilə qarşılaşmalarda 23 futbolçunu çağırıb, lakin üç böyük ulduz – Neymar, Vinisius Junior və Rodriqo heyətdən kənarda qalıb.
Rodriqo baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında oyun imkanlarının azalmasına baxmayaraq, Real Madriddən ayrılmaq niyyətində deyil. Braziliyalı ulduz yeni mövsümdə start onbirlikdəki yerini bərpa etmək üçün mübarizə aparmaq əzmindədir. Xəbərdə Real Madrid rəhbərliyinin futbolçunu satmaq niyyətində olmadığı, ancaq ən azı 90 milyon avroluq təklif alınacağı təqdirdə transferi nəzərdən keçirəcəyi qeyd edilib.