Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Qalatasaray, Karagümrük qarşısında azarkeşi önünə çıxır

    15 Avqust 2025 09:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qalatasaray, Karagümrük qarşısında azarkeşi önünə çıxır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Trendyol Süper Liqasında mövsümə qalibiyyətlə başlayan Qalatasaray, azarkeşlərinin qarşısına ilk dəfə Fatih Karagümrük oyunu ilə çıxır.

    AzerVoice xəbər verir ki,İstanbul təmsilçisi, çempionatın 2-ci həftəsində öz meydanında – RAMS Park stadionunda Fatih Karagümrük komandasını qəbul edəcək. Qarşılaşma bu axşam saat 21:30-da start götürəcək.

    Son 3 mövsümün ardıcıl çempionu olan Qalatasaray, yeni mövsümə də uğurlu start verib – ilk turda səfərdə Gaziantep FK üzərində 3:0 hesablı qələbə qazanıb.

    Bir illik fasilədən sonra Süper Liqaya qayıdan Fatih Karagümrük, bu mövsümdə ilk rəsmi oyununa çıxacaq. Onların ilk turda keçirilməli olan Başakşehir qarşılaşması, rəqibin Avropa kuboklarında iştirakına görə TFF tərəfindən təxirə salınmışdı.

    Qalatasaray mövsümöncəsi hazırlıqlarda evdə Strasbourgu 3-1 hesabı ilə məğlub edib, Lazio ilə isə 2-2 bərabərə qalıb.

    Qalatasaray evdə keçirdiyi son 18 liqa oyununda məğlub olmayıb. Komanda bu qarşılaşmalarda 15 qələbə, 3 bərabərlik əldə edib, 46 qol vurub və yalnız 15 qol buraxıb. Evdə sonuncu məğlubiyyət isə 2023/2024 mövsümünün 37-ci turunda Fenerbahçe ilə oyuna təsadüf edib (0-1).

    Galatasaray, sonuncu dəfə keçən mövsüm Beşiktaşa qarşı oynadığı 29-cu tur oyununda məğlub olub. O vaxtdan bəri keçirdiyi 12 rəsmi oyunun hamısında qələbə qazanıb.

    #Fenerbahçe #Qalatasaray #Fatih Karagümrük #Beşiktaş #Türkiyə Futbol Federasiyası (TFF) #Türkiyə Super Liqası #Süper Liqa rekord qollar #Süper Liqa sürətli qollar #Süper Liqa erkən qollar #RAMS Park stadionu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Salahın "Trabzonspor" transferi Türkiyə turizminə necə təsir edəcək?

    5 Avqust 2026 16:01

    Beşiktaş Məhəmməd Salah üçün rekord təklif hazırlayıb – Müqavilənin detalları məlum olub

    26 İyul 2026 14:18

    Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

    21 İyul 2026 14:58

    "Beşiktaş"ın borcu 26 milyardı ötüb

    4 İyul 2026 13:53

    Salah Dünya Çempionatında yeni klubunu açıqlayacaq?

    25 İyun 2026 17:47

    Marko Yankoviç “Qarabağ”dan ayrıldı

    22 İyun 2026 10:37

    Sərgən Yalçın Beşiktaş ilə yollarını ayırdı

    18 May 2026 16:10

    Ərdoğan Qalatasaray komandasını qəbul edib

    18 May 2026 15:56

    Ərdoğan Qalatasaray klubunu təbrik etdi

    11 May 2026 12:00

    Corce Haci baş məşqçi təyin olundu

    21 Aprel 2026 12:02
    XƏBƏR LENTİ

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    Qətərin qlobal internet reytinqində yeri açıqlandı

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.