Fənərbaxça Super Liqada “Qaziantep FK” ilə səfərdə qarşılaşacaq. Trendyol Super Liqasının 10-cu turunda keçiriləcək Qaziantep FK – Fənərbaxça oyunu bu axşam saat 21:00-da Qaziantep Stadionunda baş tutacaq. Qarşılaşmanı Atilla Karaoğlan idarə edəcək, ona Ceyhun Sesigüzel və Serkan Çimen kömək edəcəklər. Liqa çərçivəsində son oyununda “Fatih Karagümrük” üzərində 2–1 hesablı qələbə qazanan fənərlilər, həftə ərzində UEFA Avropa Liqasında Almaniyanın “Ştutqart” klubunu da 1–0 hesabı ilə məğlub etməyi bacarıb.
#Fatih Karagümrük
Trabzonspor rəqibini məğlub etdiyi halda, liqada 131 həftədən sonra ardıcıl 4 oyundan qalib ayrılmış olacaq. Trabzonspor Trendyol Super Liqasının 10-cu turunda evində Eyüpsporla qarşılaşacaq. Papara Park stadionunda saat 21:00-da keçiriləcək oyunu Zorbay Küçük idarə edəcək. Liqada 25 xalla lider olan Qalatasarayın ardından 20 xalla ikinci pillədə qərarlaşan Trabzonsporlular Eyüpsporu da məğlub edərək zirvə yarışını davam etdirmək istəyir.
UEFA Avropa Liqasının 3-cü turunda Fənərbaxça öz meydanında Almaniya təmsilçisi Ştuttqart-ı qəbul edəcək. Oyun Chobani Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı hakim Jakob Kehlet idarə edəcək. Lars Hummelgaard və Wollenberg Rasmussen isə oyunda köməkçi hakim kimi fəaliyyət göstərəcəklər. UEFA Avropa Liqasındakı ilk oyununda səfərdə Dinamo Zaqrebə 3–1 hesabı ilə məğlub olan fənərlilər, ikinci turda azarkeşləri qarşısında Fransa təmsilçisi Nitza-nı 2–1 hesabı ilə məğlub edərək qrup mərhələsində ilk qələbəsini qazanmışdı.
Trendyol Süper Liqasında mövsümə qalibiyyətlə başlayan son çempion Galatasaray, azarkeşlərinin qarşısına ilk dəfə Fatih Karagümrük oyunu ilə çıxır. İstanbul təmsilçisi, çempionatın 2-ci həftəsində öz meydanında – RAMS Park stadionunda Fatih Karagümrük komandasını qəbul edəcək. Qarşılaşma bu axşam saat 21:30-da start götürəcək. Son 3 mövsümün ardıcıl çempionu olan Galatasaray, yeni mövsümə də uğurlu start verib – ilk turda səfərdə Gaziantep FK üzərində 3:0 hesablı qələbə qazanıb.
İtaliya futbolunun əfsanəvi simalarından biri olan Andrea Pirlo yenidən məşqçiliyə qayıdıb.