Avropanın klublar səviyyəsində bir nömrəli turniri olan UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nion şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib. Tanınmış sabiq xorvat futbolçu İvan Rakitiçin iştirakı ilə reallaşan püşkatma nəticəsində "Qalatasaray"ın bu mərhələdəki rəqibi İngiltərə təmsilçisi "Liverpul" olub. Püşkə əsasən, "sarı-qırmızılılar" ilk oyunu öz meydanında — "Rams Park"da keçirəcək, cavab matçı isə səfərdə oynanılacaq. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları 10-11 mart, cavab qarşılaşmaları isə 17-18 mart tarixlərində baş tutacaq. Cari mövsümün final matçı isə 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
#RAMS Park stadionu
UEFA Çempionlar Liqasının son 16 play-off mərhələsinin ilk oyununda Türkiyənin Qalatasaray klubu İtaliyanın Yuventus komandasını qəbul edəcək. Qalatasaray sabahkı oyuna bir neçə itki ilə çıxacaq. Qabonlu yarımmüdafiəçi Mario Lemina sarı vərəqə cəzası səbəbindən meydana çıxa bilməyəcək. Bundan əlavə, UEFA siyahısına daxil edilməyən Arda Ünyay, Renato Nhaqa və Can Armando Güner də oyunda iştirak etməyəcək.
Trendyol Super Liqasının 16-cı turu çərçivəsində “Fənərbağça” Kadıköydə Tümosan “Konyaspor”la üz-üzə gələcək. Çobani Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Görüşü hakim Ozan Ergün idarə edəcək. Çempionatda hələ də məğlub olmayan yeganə komanda olan Fənərbaxça son iki oyunda evdə “Qalatasaray”la və səfərdə RAMS “Başakşehir”lə 1:1 hesablı heç-heçə edərək 4 xal itirib.
Qalatasaray, UEFA Çempionlar Liqasının 5-ci turunda Belçika təmsilçisi Yunion Sent-Jilluaz komandası ilə qarşılaşacaq. RAMS Park stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq və qarşılaşmanı İspaniya Futbol Federasiyasından Jose Maria Sanchez idarə edəcək. Avropanın klub səviyyəsində ən böyük futbol turnirində birbaşa 36 komandalı qrup mərhələsindən başlayan sarı-qırmızılılar, ilk turda Almaniya təmsilçisi Frankfurt-a 5-1 hesabı ilə məğlub olmuşdu. Turnirdə istədiyi başlanğıcı əldə edə bilməyən Qalatasaray, ikinci turda İngiltərə nəhəngi Liverpoolu 1-0, üçüncü turda Norveç təmsilçisi Bodo/Qlimti -i 3-1, dördüncü turda isə Hollandiya komandası Ajax-a 3-0 hesabı ilə qalib gəldi. Sarı-qırmızılılar 4 turdan sonra topladıqları 9 xalla qrup mərhələsinin 5-ci turuna 9-cu sırada daxil olublar.
Trendyol Super Liqanın 8-ci turunda Qalatasaray ilə Beşiktaş arasında RAMS Parkda keçiriləcək böyük derbi öncəsi hər iki komandanın baş məşqçiləri Okan Buruk və Sərgən Yalçının derbi performansları diqqət mərkəzinə çıxıb. Qalatasaray, Okan Burukun başçılığı altında Beşiktaşa qarşı əhəmiyyətli üstünlük əldə edib.
Trendyol Super Liqasının 8-ci həftəsində Beşiktaşı qəbul edəcək Qalatasaray, RAMS Park-da rəqibinə qarşı tarixi üstünlüyə malikdir. 2011-ci ildən bəri Seyrantepədə Beşiktaşla 15 dəfə qarşılaşan sarı-qırmızılılar bu görüşlərin 11-də qalib gəlib, 2 dəfə məğlub olub, 2 oyun isə heç-heçə başa çatıb. Beşiktaş bu stadiondakı son 8 səfər oyununda qələbə qazana bilməyib.
UEFA Çempionlar Liqasının II turunda Türkiyənin Qalatasaray klubu doğma publika önündə İngiltərə nəhəngi Liverpulu qəbul edəcək. Qeyd edək ki, ötən turda Qalatasaray Almaniyaya Frankfurt səfərinə yollanmışdı. Həmin görüşdə Türkiyə təmsilçisi 5-1 hesabı ilə məğlub olmuşdu. Liverpul isə ötən tur Atletiko Madrid ilə qarşılaşıb və 3-2 hesablı qələbə qazanıb.
Trendyol Süper Liqasında mövsümə qalibiyyətlə başlayan son çempion Galatasaray, azarkeşlərinin qarşısına ilk dəfə Fatih Karagümrük oyunu ilə çıxır. İstanbul təmsilçisi, çempionatın 2-ci həftəsində öz meydanında – RAMS Park stadionunda Fatih Karagümrük komandasını qəbul edəcək. Qarşılaşma bu axşam saat 21:30-da start götürəcək. Son 3 mövsümün ardıcıl çempionu olan Galatasaray, yeni mövsümə də uğurlu start verib – ilk turda səfərdə Gaziantep FK üzərində 3:0 hesablı qələbə qazanıb.