Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Beşiktaş orta sahəsini Ndidi ilə gücləndirdi

    8 Avqust 2025 17:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Beşiktaş orta sahəsini Ndidi ilə gücləndirdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Beşiktaş, Leicester City-dən nigeriyalı yarımmüdafiəçi Wilfred Ndidi-ni 8 milyon avroya transfer etdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, David Jurasek, Tammy Abraham və Orkun Kökçüdən sonra Beşiktaş daha bir transferdə istədiyinə nail olub.

    Qara-ağlılar, orta xəttini nigeriyalı futbolçu Wilfred Ndidi ilə gücləndirdi.

    Beşiktaş tərəfindən verilən açıqlamada bildirilib "Peşəkar futbolçu Wilfred Onyinye Ndidi-nin transferi ilə bağlı klubu və özü ilə razılıq əldə olunub. Leicester City Football Club Limited klubuna ümumi transfer haqqı olaraq 8.000.000 avro ödənəcəkdir."

    İstanbula gəlişindən sonra klubun sosial media hesabında yayımlanan videoda danışan təcrübəli yarımmüdafiəçi "Həqiqətən möhtəşəm hissdir. Bu, Türkiyəyə ikinci gəlişimdir və özümü çox yaxşı hiss edirəm. Beşiktaş-a qoşulmaq mənim üçün böyük bir şeydir." - deyə qeyd edib.

    Nigeriyalı futbolçu daha sonra tibbi müayinədən keçib.

    Qeyd edək ki,Wilfred Ndidi 2014–15 mövsümündə Belçikanın Genk klubunda çıxış etməyə başlayıb.

    Genk-dəki ikinci mövsümündə 43 oyunda iştirak edən nigeriyalı futbolçu 4 qol və 1 assistlə yadda qalıb. Belçikada keçirdiyi 3 mövsümdə ümumilikdə 83 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

    2017-ci ilin yanvarında İngiltərəyə yollanan Ndidi, Premyer Liqa təmsilçilərindən Leicester City-yə 17,5 milyon avroya transfer olunub.

    Təcrübəli futbolçu Leicester City-də 9 mövsüm forma geyinib. Ötən mövsüm ada klubunda 30 oyunda iştirak edərək 1 qol və 5 assistlik töhfə verib. 9 mövsüm ərzində ümumilikdə 303 oyuna çıxıb, 18 qol vurub, 22 məhsuldar ötürmə verib.

    #Beşiktaş #Trendyol Superliqası #Türkiyə Super Liqası #Süper Liqa rekord qollar #Süper Liqa sürətli qollar #Süper Liqa erkən qollar #Wilfred Ndidi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Salahın "Trabzonspor" transferi Türkiyə turizminə necə təsir edəcək?

    5 Avqust 2026 16:01

    Beşiktaş Məhəmməd Salah üçün rekord təklif hazırlayıb – Müqavilənin detalları məlum olub

    26 İyul 2026 14:18

    Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

    21 İyul 2026 14:58

    "Beşiktaş"ın borcu 26 milyardı ötüb

    4 İyul 2026 13:53

    Salah Dünya Çempionatında yeni klubunu açıqlayacaq?

    25 İyun 2026 17:47

    Marko Yankoviç “Qarabağ”dan ayrıldı

    22 İyun 2026 10:37

    Sərgən Yalçın Beşiktaş ilə yollarını ayırdı

    18 May 2026 16:10

    Beşiktaşdakı terror aktı ilə bağlı daha iki nəfər saxlanılıb

    7 Aprel 2026 20:28

    Fənərbağça–Beşiktaş derbilərində kart statistikası diqqət çəkir

    3 Aprel 2026 13:03

    Fənərbaxça Qaziantep FK ilə qarşılaşır - Türkiyə Kuboku

    4 Mart 2026 09:42

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28
    XƏBƏR LENTİ

    Küveyt Neft Şirkəti kibertəhlükəsizlik xidmətləri üzrə tender elan edib

    ABŞ-nin regionun gələcəyində yeri olmayacaq - İran generalı

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.