Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabLyrics
    ArabLyrics

    Hamza Nəmirə və Sami Yusuf vəhdəti

    6 İyun 2026 07:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hamza Nəmirə və Sami Yusuf vəhdəti
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bəzi mahnılar sadəcə sevgidən bəhs etmir, onlar həm də yıxılan insanı ayağa qaldırır, sabaha olan ümidi yenidən alovlandırır. Müasir ərəb musiqisinin ən səmimi simalarından biri olan Hamza Nəmirənin ifa etdiyi, musiqi tərtibatında isə dünyaşöhrətli soydaşımız Sami Yusufun imzasını daşıyan “Ehlam Ma’aya” (Mənimlə xəyal et) məhz belə bir əsərdir.

    Sözləri Sameh Xeyriyə , bəstəsi isə Farhata aid olan bu mahnı, çətinliklər qarşısında təslim olmayan, buludları yarıb keçməyə hazır olan insanların manifestidir. Etdiyimiz hər səhvin, atdığımız hər addımın bizi xəyallarımıza yaxınlaşdırdığını deyən bu nəğməni ArabAZ oxucularına xüsusi motivasiya ilə təqdim edirik.

    Ehlam ma’aya (Mənimlə xəyal et)

    Mənimlə birlikdə gələcək sabahı xəyal et,
    Əgər o sabah gəlməsə belə, onu özümüz gətirərik!
    Yola çıxıb yenidən cəhd etməyə başlayaq,
    Atdığımız addımların çoxluğu bizi xəyallarımıza aparacaq.

    Nə qədər yıxılsaq da, yenidən ayağa qalxa bilərik,
    Çətinlikləri yarıb, buludlara meydan oxuyarıq.
    Gecəmizi min bərəkətli günə çevirərik,
    Yetər ki, biz xəyal edək…

    Mənimlə birlikdə xəyal et, ey dostum!
    Addımların bu yolun torpağını büküb keçsin (yolu qısaltsın).
    Mənim üçün o günahsız, saf xəyal çox önəmlidir, hər nə olursa olsun…
    Qoy o xəyal öz ruhu ilə hər zaman yanımızda qalsın.

    Yolumuz nə qədər uzanırsa uzansın,
    Hətta azsaq belə, ey dostum,
    Yenidən görüşümüz bizi bağrına basacaq,
    Xəyallarımızın daxilində, öz xəyalımızda…
    Yetər ki, biz xəyal edək…

    #Ərəb mahnıları #Hamza Nəmirə və Sami Yusuf vəhdəti #Hamza Nəmirə #Sami Yusuf #mahnı sözləri tərcüməsi #Ehlam Ma’aya #Sameh Xeyriyə #Mənimlə xəyal et
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İngilis işğalına etiraz edən o məşhur İraq nəğməsi

    30 İyul 2026 21:03

    Azərbaycanda ən çox dinlənilən ərəb mahnıları hansılardır?

    30 İyul 2026 20:51

    Divaların sənət paralelləri: Aybəniz Haşımova və Asala Nasri

    28 İyul 2026 17:13

    Amr Diab – Tamally Maak mahnı sözləri və tərcüməsi

    27 İyul 2026 15:35

    Livan və Azərbaycanı birləşdirən mahnı

    26 İyul 2026 11:05

    Dünyaya yayılan üsyan və azadlıq -Rai musiqisi

    23 İyul 2026 10:25

    Azərbaycan və Ərəb dünyasının iki nəhəng vokal ustadı

    18 İyul 2026 07:41

    Ərəb ölkələrində ən çox hansı Azərbaycan mahnıları dinlənilir?

    3 İyul 2026 20:55

    Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

    2 İyul 2026 21:07

    Sənə söz vermişdim-ən gözəl eşq mahnısı

    11 İyun 2026 22:35

    Hamza Nəmirə və Sami Yusuf vəhdəti

    6 İyun 2026 07:49
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    HƏMAS-ın silahsızlanması mühüm dönüş nöqtəsidir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.